GÜLAY ABDULLA QIZI TAHİRLİ

“Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasında  müəllim

     Mən Tahirli Gülay Abdulla qızı 1999-cu ildə Babək rayon Cəhri kəndində anadan olmuşam. 2005-ci ildə Qəzənfər Əkbərov adına Cəhri kənd 1 saylı tam orta məktəbinə daxil olmuşam, 2016-cı ildə həmin məktəbə əla qiymətlərlə başa vuraraq Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olunmuşam. 2020-ci ilə bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirmişəm, həmin ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin magistraturaturasına daxil olmuşam, 2022-ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirmişəm. 2023-cü ildən Naxçıvan Dövlət Universitetinin “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasında müəllim vəzifəsində çalışıram. Dövri mətbuatda sıx-sıx esselər, məqalələr, şeirlərlə çıxış edirəm.