Həsənov Abdulla İsmayıl oğlu

Riyaziyyat üzrə fəlsəfər doktoru, dosent

E-mail : hesen.1955@mail.ru

1955-ci il 10 oktyabrda Naxçıvan (indiki Babək) rayonunun Cəhri kəndində anadan olub. Naxçıvan Cəhri kənd orta məktəbində təhsil alıb.

Azərbaycan Dövlət Universitetinin (indiki  Bakı Dövlət Universiteti)  riyaziyyat – mexanika  fakültəsində 1972-1977-ci illərdə təhsil alıb.  

1986-1989 illərdə Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika  İnstitutunda aspirant olub.

Kazan Aviasiya InstitundaMoskva Avtomobil İnstitutunda elmi çıxışlar etmişdir.  “Neytron şüalanması zamanı bəzi konstruksiya elementlerinin dayanıqlığı” movzusunda dissertasiya müdafiə etmişdir, Fizika-riyaziyyat elmiləri namizədidir.

Naxçıvan Muxtar Respublikasının əmkdar müəllimidir (2014-cü il 14 iyun).

25 elmi məqalənin, 8 dərs vəsaitinin və 2 metodik vəsaitin müəllifidir.

ƏMƏK FƏALİYYƏTİ

1977-1980-ci illərdə Azərbaycan SSR EA “Xəzər” Elmi Mərkəzində  mühəndis işləmişdir. 1980-ci il sentyabr ayından NDPİ-nin pedaqogika kafedrasında laboratoriya müdiri vəzifəsinə qəbul edilmişdir. 1996-cı ildən NDU-nun informatka kafedrasının dosentidir.

 2003-2016-cı illərdə Heydər Əliyev adına Hərbi Liseydə də riyaziyyat müəllimi və 2004-2015-ci illərdə həmin liseydə texniki və təbiət fənləri bölmə rəisi işləmişdir.

TƏDQİQAT İŞLƏRİ

            Neytron şüalanması zamanı bəzi konstruksiya elementlərinin uzunmüddətli dayanıqlılığı­na aid məsələləri tədqiq etmişdir. Həmçinin riyazi analizin  bəzi teoremlərinin məktəb riyaziyyatı məsələlərinin həllində tətbiqinə aid tədqiqat işləri və məktəb riyaziyyatına aid  üç hissəli «Riyaziyyat» dərs vəsaitinin, iki hissəli «Elementar riyaziyyat» dərs vəsaitinin, iki hissəli   « Nəzəri mexanikadan mühazirələr» dərs vəsaitinin müəllifidir.

BEYNƏLXALQ  SIMPOZIUM  VƏ  KONFRANSLARDA  İŞTİRAKI

5-6 may, 2003-cü il, Sumqayıt şəhərində Nəzəri fizikanın tədrisi problemləri üzrə  Beynəlxalq  Konfransda, 5-6 may, 2004, Bakı. Riyaziyyat və Mexanika İnstitutunun 45 illiyinə həsr edilmiş  1-ci Beynəlxalq Konfransda, respublika səviyyəli beş elmi konfransda və bir çox elmi seminarlarda iştirak edib.

15-17 oktyabr 2018-ci il tarixdə Naxçivan Dövlət Universitetində keçirilən “ Elektrik enerjisinin Texniki və Fiziki Problemləri” üzrə 14-cü Beynəlxalq konfrasında məruzə ilə çıxış edib.(14th International Conference on “Technical and Physical Problems of Electrical Engineering” 15-17 October 2018 Nakhchivan State University, Nakhchivan, Azerbaijan)

SEÇİLMİŞ ELMİ ƏSƏRLƏRİ

  1. Обобщение одного вариационного принципа с учетом действия облучения на ползучесть мaтериалов Изв. АН Азерб.ССР серия физ.техн.  и матем. наук. 1985, № 4.
  2. Вариационнное уравнение для задачи устойчивости призмати-ческого стержня при облучение с учетом действия облучения на пользучесть мaтериалов АН Азерб.ССР Нахичеванский  Hаучный Центр. Республ. Научная конференция , апрел 1986, г.Наxичевань.
  3. Исследование поведения тонкого стержня с учетом действия облучение на ползучесть.  Материалы VIII республиканской конференции молодых ученых  по математике и механике (Баку 26-29 октября 1987 г.
  4. Устойчивость прямоугольного стержня при нейтронном облучении, АН Азерб.ССР Нахиче-ванский Научный Центр Научная Конференция  29-30 июнь 1988 г. Нахи-чевань
  5. Длительная устойчивость круговой цилиндрической   оболочки конечной длины при нейтронном облучении. Материалы Х республиканской конференции молодыхученых  по математике и  механике (Баку 28-30 мая 1990 г. ЭЛМ 1991).
  6. Исследование устойчивости разных видов конструкций при нейтронном облучении с учетом деформации  ползучести. ДЕП в ВИНИТИ 31.01.1991 № 501 В91-ДЕП.
  7. Dairəvi lövhənin uzunmüddətli daya-nıqlığının EHM-də öyrənilməsi, Ehm və məktəb- Elmi metodik konfransın materialları 05.02.1992.
  8. Устойчивость круглой пластинки при нейтронном облучении с уче-том действия облучения на ползучесть материалов, Müasir mərhələdə elmin nəzəri və metodiki problemlərinə həsr olunmuş elmi konfransın materialları) Naxçıvan 1992.
  9. Ali məktəbdə tədris prosesinə daxili nəzarət işində televiziyadan istifadə, Metodiki göstəriş. Bakı 1993.
  10. Yeni iqtisadi islahat şəraitində iqtisa-diyyatın inkişafının aktual problemləri  və iqtisadi fənlərinin tədrisinin təkmilləşdirilməsi məsələləri, Elmi metodik konfransın materialları Bakı 1994.
  11. Paskal alqoritmik dili, Ali məktəb üçün dərs vəsaiti İzmir 1996.
  12. Neytron şüalanmasına məruz qalan ikiölçülü cisimlər üçün variasiya prinsipi, NDU Elmi əsərləri №3-1999.
  13. Nəzəri mexanikadan məsələ həllinə köməklik (metodiki vəsait), Statika, kinematika, Bakı 2003.
  14. Nəzəri mexanikadan proqramlar toplusu, Naxçıvan, 2003.
  15. Исследование поведение цилиндрической оболочки при облучении. Nəzəri fizikanın tədrisi problemləri. 1-ci  Beyn. Konfrans. 5-6 may, 2003, Sumqayıt.
  16.  Исследование поведение цилиндрического кольца при нейтронном облучении. Riyaziyyat və Mexanika institutunun   45 illiyinə həsr edilmiş   1-ci  beynəlxalq  konfrans, 5-6 may, 2004, Bakı.
  17. Tənliklərin həllində törəmənin tətbiqi, Müəllimlər institutunun elmi əsərləri, № 1, 2005, səh.35.
  18.  «Riyaziyyat» (dərs vəsaiti) I hissə, 266 səh., Baki, 2006.
  19. Funksiyanın qiymətlər çoxluğunun tapılması üsulları haqqında, Müəllimlər institutunun elmi əsərləri, № 3(11), 2007, səh 49.
  20.  «Riyaziyyat» (dərs vəsaiti) II hissə, 304 səh., Baki, 2008.
  21. Temperatur gərginliyinin quyu divarının möhkəmliyinə təsiri, NDU-nun  elmi əsərləri, № 1(43), səh. 11-14, 2012 -ci il , 298s.
  22.  «Riyaziyyat» (dərs vəsaiti) III hissə, 264 səh., Naxçıvan 2015.
  23.  «Nəzəri mexanikadan mühazirələr» (dərs vəsaiti) I hissə, 143 səh.  Naxçıvan 2015.
  24.  «Nəzəri mexanikadan mühazirələr» (dərs vəsaiti) II hissə, 148 səh.  Naxçıvan 2017.
  25.  Cəbri məsələlərin həllində triqonometrik əvəzləmə üsulu, NDU-nun  elmi əsərləri, dəqiq elmlər seriyası № 4(93), 2018 -ci il.
  26.  STUDY OF CYLINDRICAL SHELL BEHAVIOUR IN IRRADIATION, 14th International Conference on  “Technical and Physical Problems of Electrical Engineering” 15-17 October2018 , Nakhchivan State University, Nakhchivan, Azerbaijan.
  27.  Riyaziyyat dərslərində müasir təlim texnologiyalarından istifadə, Ümumi təhsildə kurikulum islahatları: nəticələr, reallıqlar və perispektivlər,  Elmi-praktik konfrans, Naxçıvan, 05-06 aprel 2019.
  28.  Törəmənin tətbiqi ilə bəzi tənliklərinin həlli üsulları, Naxçıvan Müəllimlər İnstitutunun Elmi Əsərləri, № 1, 2019.
  29. Akademik Həsən Abdullayev-müasir fizika elminin əsas simalarından biri kimi,  Naxçıvan MR-in 95-illiyinə həsr olunmuş «Muxtariyyatın bəhrələri: Naxçıvanda elm və təhsil» mövzusunda respublika elmi konfransı. 28 iyun 2019
  30. Törəmənin tətbiqi ilə elementar  riyaziyyatin bəzi tənliklərinin həlli üsullari, Naxçıvan Müəllimlər İnstitutunun Elmi Əsərləri, № 3, 2019.
  31. Исследование длительной устойчивости круглой пластинки при одностороннем нейтронном облучении, Naxçıvan Müəllimlər İnstitutunun Elmi Əsərləri, № 4, 2019.
  32.  «Elementar riyaziyyat» dərs vəsaiti-Həndəsə, 196 səh.  Naxçıvan-2020.
  33. Kurikulum islahatları-İKT və əyanilik, “Ümumi təhsildə kurikulum islahatları: nəticələr və perispektivlər-2020” Elmi-praktik konfrans , 12-13 may 2020. Səh. 30-33.
  34. Törəmənin tətbiqi ilə bərabərsizliklərin həlli üsullari, Naxçıvan Müəllimlər İnstitutunun Elmi Əsərləri, № 1, 2020.
  35. Tənliklərin həllində köklərin ayrılması üsulu və onun tətbiqi ilə bəzi tənliklərin araşdırılması, Naxçıvan Dövlət Universitetinin  Elmi Əsərləri № 1, 2020.
  36. Исследование длительной устойчивости круглой пластинки при двухстороннем нейтронном облучении, Naxçıvan Müəllimlər İnstitutunun Elmi Əsərləri, № 2, 2020.
  37. Nəzəri mexanika fənn proqramı, Naxçıvan-2020., 20 səh.
  38. Elementar riyaziyyat  fənn proqramı, Naxçıvan-2020.,  20 səh.
  39. Maddi nöqtə dinamikası  məsələlərinin həlli üsulları, Naxçıvan Müəllimlər İnstitutunun Elmi Əsərləri, № 3, 2020.
  40. Eyniliklərin isbatında törəmənin tətbiqi, Naxçıvan Müəllimlər İnstitutunun Elmi Əsərləri, № 1, 2021.
  41. Mexaniki sistem (MS) dinamikası məsələlərinin həlli üsulları haqqında, Naxçıvan Müəllimlər İnstitutunun Elmi Əsərləri, № 2, 2021.
  42. Elementar riyaziyyat  fənni üzrə  proqram, Azərbaycan Respublikası Təhsil Nazirliyinin   18.03. 2021-ci il tarixli F-101 nömrəli əmri ilə təsdiq edilmiş və nəşr hüququ verilmişdir. Naxçıvan-2021
  43. «Elementar riyaziyyat» dərslik, 464 səh. Bakı-2021.
  44. Nəzəri mexanika -Dərs vəsaiti, 1-ci hissə,  Naxşıvan 2021, 162 səh.
  45. Sürüngəclik deformasiyasını nəazərə alaraq birtərəfli neytron şüalanmasına məruz qalan dairəvi lövhənin dayanıqlığının tədqiqi, The XVIII International Scientific Symposium “The past and future of the Turkic world” 25 September 2021,  Nur-Sultan/ Kazakhstan .
  46. Determination of the stress-strain state of cylindrical shells under neutron irradiation taking into account creep deformations, Naxçıvan Müəllimlər İnstitutunun Elmi Əsərləri, № 3, 2021.
  47. Dərslik və dərs vəsaitlərinin aktual məsələləri, “Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans . 26-27 noyabr 2021.
  48. Роль междисциплинарной и внутридисциплинарной интеграции в формировании математических знаний учащихся, V Mеждународная научно-практическая конференция «психолого-педагогические проблемы современного образования:  пути и способы их решения» , 27  февраля  2022 г.
  49. Bəzi cəbri funksiyalarin qiymətlər oblastinin tapilmasi  qaydalari haqqinda, “ELGER” Elm-Tədris Mərkəzi və Kafkas Universiteti (Türkiyə) Sizi Molla Pənah Vaqifin anadan olmasının 305 illik yubileyinə həsr olunmuş “Mədəniyyətlərin inteqrasiyası və multikulturalizm” adlı XXIII Beynəlxalq elmi konfransı, 27  февраля  2022 г

  Telefon: 070-303-49-70