HƏSƏNOV BƏHRAM HƏSƏN oğlu
Həsənov Bəhram Həsən oğlu 1957-ci il oktyabr ayının 30-da Ordubad rayonunun Behrud kəndində anadan olmuşdur. 1964-cü ildə Behrud kənd orta məktəbin birinci sinfinə daxil olmuş və məktəbi 1972-ci ildə bitirmişdir. 1972-ci ildə Biləv kənd orta məktəbinin 9-cu sinfinə daxil olmuş, 1974-cü ildə orta məktəbi müvəffəqiyyətlə bitirmişdir.1974-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunnun “Xalq Təsərrüfatının İqtisadiyyatı və Planlaşdırılması” fakultəsinə daxil olmuş, 1978-ci ildə Universiteti müvəffəqiyyətlə bitirmişdir. 1978-1981-ci illərdə Qəbələ Aqrar Sənaye Birliyində baş iqtisadçı vəzifəsində işləmişdir. 1981-ci ildə Parağaçay dağ mədəninə baş iqtisadçı təyin olunmuşdur.1982-1994-cü illərdə “Azərmelorasiyasu” tikinti trestinin İMSD-də plan şöbəsinin baş mühəndisi işləmişdir.1994-cü ildən Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” kafedrasında müəllim, 1999-cu ildən isə baş müəllim vəzifəsində işləyir. 2007-ci ildən Naxçıvan Özəl Universitetində müəllim, 2010-cu ildən isə baş müəllim vəzifəsində işləyir.
Elmi əsərləri
Məqalələr
- Aqrar islahatlar və aqrar sahədə dövlət siyasəti. NDU Xəbərlər, № 16, Naxçıvan, 2005, səh.108-110.
- Aqrar bölməyə dövlət himayəsi. Azərbaycan elminin inkişafı və regional problemlər. AMEA Naxçıvan bölməsi. Bakı, “Nurlan”, 2005. səh.176-183.
- Naxçıvan Muxtar Respublikasında lizinq xidmətinin aqrar sahənin inkişafına təsiri. NDU Xəbərlər, № 2(34), Naxçıvan, 2010, səh.217-220.
- Внедрение инноваций в аграрной отрасли надежный гарант продовольственной везопасности Азербайджана. Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu. Elmi əsərlər. №2, Bakı, 2012, səh. 219-225.
- Kənd təsərrüfatı məhsulları istehsalının artırılması və torpaqlardan səmərəli istifadə. NDU Elmi əsərlər, №1(45), Naxçıvan, NDU, “Qeyrət”, 2012, Səh.187-190.
- Liberal iqtisadiyyatın təşviqi və aqrar sahibkarlıqda innovasiyaların tətbiqi. NDU Elmi əsərlər”, №2(67), Naxçıvan, ”Qeyrət” nəşriyyatı, 2015.
Konfrans materialları
- Kənd təsərrüfatı istehsalının artırılması dövlətin strateji məqsədidir. Cəmiyyətin demokratikləşməsi və radikal islahatların həyata keçrilməsinin hüquqi bazasının yaradılması problemləri. Konfrans materialları. Naxçıvan Universiteti. Bakı, 1998, Səh.19-20.
- Tənzimlənən bazar iqtisadiyyatı şəraitində dövlətin rolu. Naxçıvan MR-nın sosial-iqtisadi inkişaf problemləri. Konfrans materialları. Naxçıvan Dövlət Universiteti. Naxçıvan, 2000. Səh.91-93.
- Sahibkarlığın inkişaf problemləri. “Kiçik biznes və sahibkarlıq fəaliyyətinin inkişaf problemləri “ adlı konfrans materialı. NDU. Bakı, 2002, Səh. 50-51.
- Azad bazar iqtisadiyyatı şəraitində kiçik və orta sahibkarlığın inkişafında dövlət maraqları. “Kiçik biznes və sahibkarlığın inkişaf problemləri” adlı III Beynəlxalq simpoziumun materialları. NDU, Bakı, 2003, Səh. 84-85.
- Naxçıvan Muxtar Respublikasında sosial infrastrukturun inkişaf xüsusiyyətləri. Azərbaycan tarixi coğrafiyasının aktual problemləri (04 aprel 2015-ci ildə keçirilmiş respublika konfransının materialları)
- Naxçıvan Muxtar Respublika iqtisadiyyatının innovativ inkişaf istiqamətləri. Elmi praktik konfrans, 28 noyabr 2014, Naxçıvan Muxtar Respublikasında aqrar sahənin innovasiyalı inkişafı və ərzaq təhlükəsizliyi, Naxçıvan, 2015.
- Naxçıvan MR-da bitkiçiliyin inkişafı region əhalisinin ərzaq təhlükəsizliyinin əsasıdır. Kənd təsərrüfatının inkişafı: reallıqlar və perspektivlər. Beynəlxalq elmi-praktik konfrans, 15-16 may, Naxçıvan, 2015.
- Naxçıvan Muxtar Respublikasında sənayenin dinamik inkişafı dövlətimizin priotetlərindəndir. Heydər Əliyev və müasirləşən Naxçıvan iqtisadiyyatı. Elmi praktik konfrans, 10 aprel, Naxçıvan, 2015.