Həsənov Xanəli Əli oğlu

Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent. 

E-mail:   xanali.hasanov.1950@mail.ru

10 yanvar 1950-ci ildə Naxçıvan Dövlət Universitetinin Şahbuz rayonun Mərəlik kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1967-ci ildə Şahbuz qəsəbə orta məktəbini bitirib həmin ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuşdur. 1972-ci ildə Universiteti bitirib təyinatla Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda baş laborant vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1972-76-cı illərdə Bakı şəhəri 12№-li məktəbdə fizika və riyaziyyat müəllimi olaraq çalışmışdır. 1976-77-ci illərdə Azərbaycan EA Şamaxı Astrofizika Rəsədxanasının Batabat bölməsində çalışmışdır. 1977-ci ildə müsabiqə yolu ilə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda müəllim vəzifəsinə seçilmişdir. 2005-ci ildə müdafiə edərək Fizika-riyaziyyat elmləri namizədi elmi adını almışdır.1978-ci ildə ailə qurmuşdur.

Hal-hazırda Naxçıvan Dövlət Universitetinin “Ümumi və nəzəri fizika” kafedrasında dosent vəzifəsində işləyir. Babək rayon Yarımca kəndə yaşayır.