Həsənzadə Ülkər Elxan qızı, Müəllim
05 iyul 1989-cu ildə Naxçıvan şəhər Babək rayon Didivar kəndində anadan olub. Orta təhsilini 1995- 2006-cı illərdə Babək rayon Didivar kəndində orta məktəbində alıb.2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakultəsinin “Coğrafiya” ixtisası üzrə bakalavr pilləsini bitirib. 2010-cu ildə Naxçıvan Dövlət Universitetinin “ölkəşünaslıq və beynəlxalq turizm” ixtisası üzrə magistratura daxil olub. 2012-ci ildə magistatura pilləsini bitirib.
2012-ci ilin oktyabr ayında “Dünya iqtisadiyyatı” kafedrasında laborant vəzifəsinə təyin edilib. 2013-cü ilin yanvar ayından həmin kafedrada müəllim, 2013-cü ilin sentyabr ayından “Bələdiyyə və turizm kafedrasında” müəllim vəzifəsində işləyir.
2013-cü ildən Naxçıvan Dövlət Universitetinin dissertantıdır. İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Ümumi iqtisadiyyat” ixtisası üzrə “Naxçıvan Muxtar Respublikasında turizm fəaliyyətinin tənzimlənməsi və təkmilləşdirilməsi problemləri” mövzusunda dissertasiya işi üzərində işləyir. 7 elmi məqalənin müəllifidir. Naxçıvan Dövlət Televiziya və Radiosunda, universitet televiziyasında çıxışlar etmiş, yerli konfraslarda və elmi seminarlarda, iştirak etmişdir.
Elmi əsərləri
- “Naxçıvan Muxtar Respublikasında rekreasiya ehtiyatlarının landşaft qurşaqları üzrə səciyyəsi” Magistrantların Regional Elmi konfransının Materialları NDU- “Qeyrət” 2012
- “Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına təsir edən problemlər”. Regional inkişaf və böyük mədəniyyət; mənşə, harmoniya və tipalogiya məsələləri. Beynəlxalqkonfrans.NDU- “Qeyrət” 2013.
- “Naxçıvan Muxtar Respublikasının mineral suları və onların ekoturizm məqsədilə istifadəsi yolları”. “Turizm və rekreasiya XXI əsrdə: Problemlər və perspektivlər” beynəlxalq elmi konfrans Bakı 2013
- “Heydər Əliyev və Naxçıvanın inkişaf edən turizmi”. Heydər Əliyev və müasirləşən Naxçıvan.NDU, “Qeyrət” 2015.
- “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında tarixi mədəni abidələrin rolu “Elmi əsərlər.Humanitar elmlər seriyası Naxçıvan.NDU, “Qeyrət” 2017
- “Turizm sahəsində dövlət siyasəti” Çapa verilib Naxçıvan.NDU, “Qeyrət” 2018
- Heydər Əliyev və Azərbaycan turizmi. IV international Scientific and Practical Conference Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər Baku 2019.
- Tur paketlərinin planlanması və hazırlanması, Naxçıvan Dövlət Universiteti, №6 (107) “Qeyrət” Nəşriyyatı, 2020
- Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf istiqamətləri-monoqrafiya, Naxçıvan 2021, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, 144 səh.
- Naxçıvan Muxtar Respublikasının təbii turizm ehtiyatları, Naxçıvan Dövlət Universiteti. “Naxçıvan Muxtar Respublikasında innovasiyalı iqtisadi inkişaf və müasir maliyyə mexanizmləri” mövzusunda respublika elmi-praktiki konfransının materialları,Naxçıvan,Qeyrət nəşriyyatı, 2021