Həşimov Əli Həsənqulu oğlu
Filologiya üzrə fəlsəfə doktoru, dosent
E-mail: ali.heshim@mail.ru
Həşimov Əli Həsənqulu oğlu 05 dekabr 1985-ci ildə Culfa rayon Teyvaz kəndində anadan olmuşam. 1992-ci ildə Culfa rayon Teyvaz kənd orta məktəbinin birinci sinfinə getmiş, 2002-ci ildə həmin məktəbi bitirmişəm. 2002-2006-cı illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı” ixtisasını əyani şöbə üzrə fərqlənmə diplomu ilə bitirmişəm. 2006-2007-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, 2007-2009-cu illərdə Naxçıvan Dövlət Universitetində “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə magisrtatura pilləsində oxumuş və fərqlənmə diplomu ilə bitirmişəm. 2008-2019-cu illərdə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, elmi katib vəzifələrində çalışmışam.08.05.2019-26.09.2019 tarixlərdə Heydər Əliyev muzeyində elmi işçi, 26.09.2019-22.02.2022 tarixlərdə “Naxçıvan” Universitetində “Magistratura və doktorantura” bölməsinin müdiri vəzifəsində işləmiş, 26.09.2019 tarixdən “Naxçıvan” Universitetində “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının 0.5 ştat dosenti, 14.02.2022 tarixdən Naxçıvan Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının 0.5 ştat dosenti vəziçəsində çalışıram. 29.11.2014 tarixdə “Azərbaycan tarixi nəsrində Naxçıvan mövzusu: mərhələlər, problemlər, şəxsiyyətlər” adlı dissertasiya işimi müdafiə etmiş, 24 aprel 2015-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışam. 25.07.2019 tarixdə dosent elmi adı almışam. 2017-ci ildə Naxçıvan Bölməsində elmlər doktorluğu üzrə doktoranturaya qəbul olunmuşam, “Azərbaycan tarixi povestində zaman, şəxsiyyət və sosial-siyasi gerçəklik problemi” mövzusunda elmlər doktorluğu dissertasiyası üzərində işləyirəm. 2 monoqrafiyanın, 70-dən artıq elmi məqalənin müəllifiyəm. Əsərlərim Rusiya, Ukrayna, Türkiyə, İran kimi ölkələrin nüfuzlu jurnallarında nəşr olunmuş, 20-yə yaxın beynəlxalq konfrans və simpoziumda məruzə etmişəm.
Ailəliyəm, iki övladım var.
Yeni Azərbaycan Partiyasının üzvüyəm.
KONFRANSLAR
- Nizami dönəmini konu alan tarihi romanlarda dil üslup keyfiyyetleri. “2. Uluslararası Türk Dili ve Edebiyyatı Sempozyumu”. Süleyman Demirel Üniversitesi. 19-21 Ekim 2011.
- Məmməd Səid Ordubadinin publisistik fəaliyyəti(XX əsrin 20-30-cu illəri). MƏMMƏD SƏİD ORDUBADİ AZƏRBAYCAN TARİXİ ROMAN MƏKTƏBİNİN BANİSİ KİMİ adlı Elmi konfrans. AMEA Naxçıvan Bölməsi. 21 sentyabr 2012.
- Naxçıvan ədəbi mühitində qələmə alınmış romanlarda ümummilli lider Heydər Əliyev obrazı. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan Azərbaycanşünaslığın Aktual Problemləri.(Beynəlxalq elmi konfrans.). Bakı Slavyan Universiteti. 01-04 may 2013-cü il. S 234-236
- Nizami Gəncəvi dövrünü əks etdirən tarixi romanlarda Naxçıvan. Regional inkişaf, böyük mədəniyyət: mənşə, harmoniya, tipologiya. Naxçıvan Dövlət Universiteti. 25-26 oktyabr 2013.
- Müstəqillik illərində qələmə alınan tarixi romanlarda tarixilik və müasirlik. Ümummilli lider Heydər Əliyevin 91 illik yubileyinə həsr olunan Azərbaycanşünaslığın Aktual Problemləri.(Beynəlxalq elmi konfrans.). Bakı Slavyan Universiteti. 05-07 may 2014-cü il. S.274-277.
- Ermeni-Azerbaycan münasibetleri Azerbaycan tarihi nesrinde. ULUSLARARASI TARİH BOYUNCA TÜRK İDARESİNDE ERMENİLER SEMPOZYUMU
(Kars, 08-10 Mayıs 2014).
- Azerbaycan tarihi romanlarında Selçuklu dönemi. I Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu. Niğde 18-21 mart 2014.
- Azerbaycan romanında Kazım Karabekir paşa(Güllü Memmedovanın “Karabekir efsanesi” romanı örneğinde). 3 Ahlat-Avrasya bilim, kültür ve sanat sempozyumu. 22-24 eylül 2014.
- Naxçıvan ədəbi mühitində tarixi povest: problemlər, perspektivlər, gözləntilər. Tarixi İpək Yolu və Naxçıvanın İqtisadi-Mədəni Əlaqələrinin İnkişafı Məsələləri. Beynəlxalq İpəy Yolu konfransı. 16-17 oktyabr 20015, Naxçıvan. S. 132-133
- Tarixi roman janrı:tarix, müasirlik, yazıçı movqeyi. Ümummilli lider Heydər Əliyevin 92 illik yubileyinə həsr olunan Azərbaycanşünaslığın Aktual Problemləri.(Beynəlxalq elmi konfrans.). Bakı Slavyan Universiteti. 05-07 may 2015-cü il.
- Ahiliyin görgü kuralları ve eğitimde değer anlayışı/ “EĞİTİMDE GELECEK ARAYIŞLARI: DÜNDEN BUGÜNE TÜRKİYEDE BECERİ, AHLAK VE DEĞERLER EĞİTİMİ ULUSLARARASI SEMPOZYUMU”. Bartın: 16-18 aprel 2015
- Naxçıva ədəbi mühitində tarixi povest: problemlər, perspektivlər, gözləntilər / “TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA . Naxçıvan: 16-17 oktyabr 2015
- SƏLCUQLAR DÖVRÜNDƏN BƏHS EDƏN TARİXİ NƏSR NÜMUNƏLƏRİNDƏ TARİX VƏ MÜASİRLİK PROBLEMİ adlı məruzəm isə TARİH VE KÜLTÜR EKSENİNDE ORTA ARAS HAVZASI ULUSLARARASI SEMPOZYUMU (17-19 Kasım /November 2016 / NAHÇIVAN)
- Əlincə qalası tarixi bədii nəsrdə / NAXÇIVAN QALALARI: TARİXDƏ VƏ GÜNÜMÜZDƏ (Beynəlxalq konfrans). Naxçıvan: 08-10 iyul 2016.