Hacıyeva Billurə Təvəkkül qızı
Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, baş müəllim, kafedra müdiri
Hacıyeva Billurə Təvəkkül qızı 10 may 1976-cı ildə Babək rayonu Nehrəm kəndində anadan olmuşdur. 1983-cü ildə Nehrəm kəndindəki 1 № li orta məktəbinə daxil olub, 1993-cü ildə həmin məktəbi bitirmişdir. 1994-cü ildə Naxçıvan Dölət Universitetinə daxil olub, 1998-ci ildə Fizika ixtisası üzrə bitirmişdir. 1998-ci ildə magistratura pilləsinə daxil olub, 2000-ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən Naxçıvan Dölət Universitetində elmi işçi vəzifəsində, 2011-2014-cü illərdə Naxçıvan Dölət Universitetinin elmi hissəsində Doktorantura şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Naxçıvan Dövlət Universitetinin dissertantı olmuşdur. 31 may 2018-il “Xarici maqnit sahəsində neytrino-elektron qarşılıqlı təsir prosseslərində asimmetriyalar” mövzusunda dissertasiya işi yazıb fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Haliyədə Naxçıvan Dövlət Universitetdə “Ümumi və nəzəri fizika” kafedrasinda baş müəllim vəzifəsində çalışır. Bir neçə məqalənin müəllifidir, onlardan xarici və beynəlxalq konfrans materialları da var.