Hacıyeva Nuray Cavid qızı
Azərbaycan tarixi kafedrasının müəllimi
1992-ci ilin iyun ayında Culfa rayon Milax kəndində anadan olmuşdur. 1999-cu ildə Milax kənd ora məktəbinin I sinifinə daxil olmuş, 2010-cu ildə həmin məktəbi bitirmişdir. Həmin il Naxçıvan Dövlət Universitetinin Humanitar fakültəsinə daxil olmuş, 2014-cü ildə tarix ixtisasını fərqlənmə ilə bitirmişdir. 2015-2017-ci illərdə Naxçıvan Dövlət Universitetində Azərbaycanın yeni və ən yeni tarixi ixtisası üzrə magistratura şöbəsində təhsil almışdır. 2014-2018-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə müəllim kimi,2019-cu ildə bir müddət Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində mətbuat və ictimaiətlə əlaqələr üzrə baş məsləhətçi kimi fəaliyyət göstərmişdir. 2019-cu ilin sentyabrından Naxçıvan Universitetində, 2021-ci ilin sentyabrından Naxçıvan Dövlət Universitetində Tarix müəllimi vəzifəsində çalışır. 2021-ci ildə AMEA-nın Naxçıvan Bölməsinin “Vətən tarixi” ixtisası üzrə “Naxçıvan Muxtar Respublikasının Sosial və mədəni inkişafı (1995-2020-ci illər)” dissertasiya işi üzərində işləyir. 3 elmi məqalənin müəllifidir.
Aşağıdakı elmi məqalənin müəllifidir.
- Naxçıvanın taleyi Moskva və Qars müqavilələrində. Naxçıvan Universiteti Elmi əsərlər 2021 №-3 səh 183-187