Hacıyeva Qalibə Əli qızı

Filologiya uzrə fəlsəfə doktoru

 

24 may 1965-ci ildə Naxçıvan MR Şərur rayonunun Gümüşlü qəsəbəsində anadan olub.

1972-1982-ci illərdə Naxçıvan şəhər 1 saylı orta məktəbdə təhsil alıb

1982-1985-ci illərdə Naxşıvan 5 saylı tikiş fabrikində tikişçi işləyib.

1985-1990-cı illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakultəsində təhsil alıb.1993-cü ildən NDU-nun dissertantı olub.

1985-1990-cı illərdə Naxçıvan Pedaqoji İnstitunun tarix-filologiya fakultəsində təhsil alıb.

İnstitututu bitirdiyi tarix, ixtisası və diplomun seriyası:(1985-1990; 29 iyun); Azərbaycan dili və ədəbiyyatı ixtisası müəllimliyi. Diplomun verilmə tarixi: 10 iyul 1990-cı il; Qeyd №-104, УВ-I № 114840

Fəlsəfə doktoru dissertasiyasının müdafiə olunduğu tarix, ixtisasın şifri və adı:  “Şərqi Azərbaycan ostanının toponimləri”: ixtisas kodu:  10.02.02  –    Azərbaycan dili; 29 noyabr 2000-ci il; BDU-nun  Elmi Şurası.

Elmlər namizədi diplomunun verilmə tarixi: Azərbaycan Respublikası Prezidenti yanında Ali Attеstasiya Komissiyası, 16 yanvar 2001; EN № 02243; Protokol № 5.

Dosent diplomunun verilmə tarixi: Azərbaycan Respublikası Prezidenti yanında Ali Attеstasiya Komissiyası, 15 yanvar 2010, DS № 03403, Protokol № 3.  

Filologiya üzrə elmlər doktoru dissertasiyasının müdafiə olunduğu tarix, ixtisasın şifri və adı: “Naxçıvan dialekt və şivələrinin Güney Azərbaycan və Şərqi Anadolu dialektləri ilə müqayisəli tədqiqi”: ixtisas kodu: 5706.01 – Azərbaycan dili; 5710.01 – Turk dilləri; 09 oktyabr 2018-ci il, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurası.

TƏDQİQAT SAHƏSİ: Türkologiya (onomastika, müqayisəli dialektologiya, dil tarixi)

1990-cı ildə Naxçıvan Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsini bitirmiş, 2000-ci ildə Bakı Dövlət Universitetinin Elmi Şurasında Türk dünyasının ayrılmaz parçası – Güney Azərbaycanın itirilmiş bölgələrindən biri “Şərqi Azərbaycan ostanının toponimləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini, 2010-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adını almışdır. Kiçik yaşlarından ədəbi yaradıcılıqla məşğul olan Qalibə Hacıyeva 1992-ci ildə Naxçıvanda Məhəmməd Hadi adına “OCAQ” ədəbi məclisini yaratmış, 2001-ci ilədək məclisə rəhbərlik etmişdir. İlk şeiri Türkiyədə “Qardaş ədəbiyyatlar” jurnalında nəşr olunduqdan sonra 1999-cu ildə Trabzonda Qaradəniz Yazarlar Birliyinin keçirdiyi “Uluslararası 3. Şairlər Şöləni”ndə birincilik qazanaraq “şairlər çempionu” adlandırılmış və Trabzon Bələdiyyəsinin xüsusi mükafatına layiq görülmüşdür. 2006-cı ildə İzmir KBATEK şeir axşamlarında, 2009-cu ildə Bağdadda Füzulinin anadan olmasının 500 illik yubileyi ilə əlaqədar keçirilən elmi ədəbi konfransda, 2009-cu ildə Türkiyənin Elazığ şəhərində N.F.Kısakürek anısına düzənlənmiş XVII Beynəlxalq Xəzər şeir axşamlarında və bir çox xarici ölkələrdə keçirilən onlarla bu kimi çoxsaylı beynəlxalq elmi, ədəbi konfranslarda şeirləri və elmi məruzələri ilə çıxış edən Qalibə Hacıyeva beynəlxalq səviyyədə Azərbaycan elmini və mədəniyyətini layqincə təmsil etmişdir.

Uzun müddət Almaniyada nəşr olunan “21 Azər” jurnalının Naxçıvan təmsilçisi olan Qalibə Hacıyeva 1986-cı ildən 2000-ci ilədək Naxçıvan Dövlət Teleradio Şirkətində ştatdankənar olaraq “Qardaş Türk ellərindən soraq”, “Yurdumuz yurddaşlarımız”, “Müdriklərimizin söz xəzinəsindən”, “Təbrizə gedən yollar”, “Qardaşliq körpüsü” və bu kimi bir çox başqa silsilə proqramların yaradıcısı və müəllifi olmuşdur. Türkiyə, İran, İraq, Amerika, Almaniya, Albaniya, Ukrayna, Moldova, Rusiya kimi dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq elmi konfranslarda və ədəbi məclislərdə Azərbaycanı layiqincə təmsil etmiş Qalibə Hacıyeva 150-dən çox elmi, publisistik məqalənin və bir neçə kitabın müəllifidir. Hazırda Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti olan və Türk dünyası ilə bağlı araşdırmalarını davam etdirən Qalibə Hacıyeva 2018-ci il oktyabr ayının 09-da Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasında “Naxçıvan dialekt və şivələrinin Güney Azərbaycan və Şərqi Anadolu dialektləri ilə müqayisəli tədqiqi” adlı doktorluq dissertasiyasını müdafiə etmişdir.

Universitetdə “Türk dillərinin müqayisəli qrammatikası”, “Qrammatik təhlilin nəzəri əsasları və müqayisəli qrammatika”, “Umumi dilcilik”, “Azərbaycan dilcilik tarixi”, “Müasir dilciliyin aktual problemləri”, “Onomalogiya”, “Dialektologiya” və başqa bu kimi fənnləri tədris edən Qalibə Hacıyevanın bir çox elmi monoqrafiyaları nəşr olunmuş, bir qismi isə nəşrə hazırlanmaqdadır.

 

Dərc olunmuş elmi əsərlər

Güney Azərbaycanın Doğusundakı yer adları, İstanbul: 2001.

  1. Cənubi Azərbaycan toponimləri, Bakı: “Elm”, 2008, 200 s.
  2. Dilimiz, Tariximiz, Yaddaşımız. Dialektoloji tədqiqatlardan ibarət elmi məqalələr top­lusu, (monoqrafiya) Bakı: “Araz”, 2008, s. 200s.
  3. Tənhalığa Gedən Yol, (şeir və dram əsərləri) Bakı: “Sabah”, 2008, 180 s.
  4. Ömər Faiq Nemanzadənin əsərlərində dil ve dilçilik məsələləri. Bakı, “Nurlan”, 2007.
  5. Barışsız Dünyamızın Barışı. (rok musiqisi haqqında elmi monoqrafiya) Naxçıvan, “Əcəmi”, 2014, 280 s.
  6. 7. Azərbaycan dilinin Naxçıvan qrupu şivələrinin Güney Azərbaycan və Şərqi Anadolu şivələri ilə fonetik və leksik müqayisəsi. Naxçıvan: “Əcəmi”2017,328 s.
  7. Naxçıvan qrupu şivələrinin Güney Azərbaycan və Şərqi Anadolu şivələrinin morfoloji xüsusiyyətləri. Naxçıvan: “Əcəmi”, 2017, 216 s.

Dərs proqramları

  1. “Cənubi Azərbaycan toponimləri”. Bakı, 2008.
  2. 2. “Onomalogiya”, Nahçıvan 2012.
  3. “Azərbaycan dilcilik tarixi” Naxçıvan 2013.
  4. “Müasir dilciliyin aktual problemləri” Naxçıvan 2013.

İştirak etdiyi Beynəlxalq  seminar,  simpozyum  və  konfranslar

  1. 1999: Türkiyə-Trabzon: Qaradəniz Yazarlar Birliyinin III Şairlər konfransı.
  2. 2005: Amerika-Vermont: Azərbaycan qadınlarının liderlik proqramı.
  3. 2006: Türkiyə-İzmir-Çeşme: I Beynəlxalq Türk Dünyası Kültür Qurultayı.
  4. 2006: Azərbaycan-Bakı: XII KIBATEK ədəbiyyat simpoziumu.
  5. 2006: Türkiyə-İzmir: XII Uluslararsı KIBATEK ədəbiyyat simpoziumu.
  6. 2006: Türkiyə-Trabzon: Trabzon və Çevrəsi Beynəlxalq kültür və tarix simpoziumu.
  7. 2006: Türkiyə-Tarsus: Beynəlxalq Karacaoğlan 400. simpoziumu.
  8. 2006: Azərbaycan-Bakı: I Beynəlxalq Folklor konfransı.
  9. 2006: Türkiyə-Kayseri: Osmanlı dönəmində erməni-türk münasibətləri.

10.2007: Türkiyə-Erzurum: I Beynəlxalq Türk simpoziumu.

  1. 2007: Moldova-Kişiniyov: XIV KIBATEK Edebiyat simpoziumu.
  2. 2007: Türkiyə-Isparta: I Beynəlxalq Türk dili və ədəbiyyatı simpoziumu.
  3. 2007: Türkiyə-Ankara: I Beynəlxalq Kipr simpoziumu.
  4. 2007: Azərbaycan-Bakı: Müasir dilçiliyin problemləri. II Beynəlxalq elmi konfrans.
  5. 2007: Azərbaycan-Bakı: IV Uluslararası folklor konfransı.
  6. 2008: Türkiyə-Ankara: I Beynəlxalq Dünya dili türkcə simpoziumu.
  7. 2008: Türkiyə-Ankara: VI Beynəlxalq Türk dili qurultayı.
  8. 2009: İraq-Bağdad: Füzuli 500 simpoziumu.
  9. 2009: Türkiyə-Kars: II Beynəlxalq Türkiyə türkcəsi ağız araştırmaları çalıştayı.
  10. 2009: Türkiyə-Elazığ: XVII Beynəlxalq Xəzər şeir axşamları.
  11. 2010: Türkiyə-İzmir: III Beynəlxalq dünya dili türkcə simpoziumu.
  12. 2010: Türkiyə-Ankara: III Beynəlxalq Türkiyə türkcəsi ağız araştırmaları çalıştayı.
  13. 2010: Türkiyə-Çanakkala: Balkanlar və islam simpoziumu.
  14. 2010: Türkiyə-Seferhisar: II Beynəlxalq Kipr simpoziumu.
  15. 2011: Türkiyə-İstanbul: Eğitimdeki gelişmeler ve kültürel paylaşım seminarı.
  16. 2012: Türkiyə-Ankara: Dilləri və kültürləri təhlükədə olan xalqlar simpoziyumu.
  17. 2012: Ukrayna-Simferopol: I Beynəlxalq türkoloji konfrans
  18. 2012: Albaniya-Tiran: İBAC II Beynılxalq Balkan konfransı.
  19. 2012: Türkiyə-Dənizli: V Beynəlxalq Dünya dili türkcə simpoziumu.
  20. 2013: Ukrayna-Kırım: “Bəkir Çobanzadənin Dünyası” II Beynəlxalq Türkoloji konfrans.
  21. 2013: Türkiyə-Eskişəhər: Qafqaz Universitetlər Birliyinin Konfransı.
  22. 2014. Türkiyə-Diyarbakır: Tercihin 100. Yılında Osmanlı’nın Son Dönemindeki isyanlar Sempozyumu.
  23. 2015: Türkiyə-Iğdır: Kültür və Tarix Bağlamında Iğdır Uluslararası sempozyumu.
  24. 2015: Türkiyə-İzmir-Çeşme: III Beynəlxalq Türk Dünyası Kültür Kongresi. “Kitabi Dede Korkut ve Türk dünyası.
  25. 2015: Naxçıvan: Naxçıvan və Şərqi Anadolu Abidələri Beynəlxalq Simpoziumu.
  26. 2018: Türkiyə-Eskişehir: X Uluslararası Dünya Dili Türkçe Sempozyumu
  27. 2019: Naxçıvan-Türkiyə diplomatik əlaqələri yeni müstəvidə. Beynəlxalq elmi konfrans.
  28. 2019: Türkiyə -Samsun: XI Uluslaraarsı dünya dili türkcə beynəlxalq simpozyumu.
  29. 2019: Türkiyə -Ankara: Yazılışının 950 yılı anısına Kutadgu Bilig və Türk Dünyası Sempozyumu.
  30. 2019. Türkiyə-Ağrı: Uluslararası Ağrı Dağı ve Nuhun Gemisi Sempozyumu. İbrahim Çeçen Universiteti.