Həsən Əlisoy Hüseyn oğlu
İngilis dili və tərcümə kafedrasının müəllimi
Həsən Hüseyn oğlu Əlisoy 1978-ci ildə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunda anadan olmuşdur. 2015-ci ildə Naxçıvan Universitetinin Xarici dillər fakültəsinin İngilis dili müəllimliyi ixtisasını, 2017-ci ildə Naxçıvan Dövlət Universitetinin İngilis dili (Dilşünaslıq) üzrə magistratura pilləsini bitirmişdir. 2017-ci ildən ilə Naxçıvan Dövlət Universitetinin «İngilis dili və Tərcümə» kafedrasına müəllim təyin edilmişdir. 2018-ci ildən Naxçıvan Dövlət Universitetinin Dilşünaslıq üzrə doktorantura pilləsinə qəbul olmuşdur. Hazırda “Sosio-mədəni və kommunikativ yanaşmada dil mövcudluğu formaları” adlı dissertasiya işi üzərində işləyir.
Dərc olunmuş elmi əsərlər:
- İnsanın dünyanı qavramasında dilin təsiri Naxçıvan, “Naxçıvan” Universiteti Elmi əsərlər jurnalı, 2019