Heydər Əli oğlu Əhmədov.
Memarlıq kafedrasının müəllimi
E- mail: heyderahmedov @ mail.ru
1 iyun 1970-ci ildə Naxçıvan şəhərində anadan olub. 2008-ci ildə Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin “Memarlıq” ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1994-cü ildə “İdeal-94” kiçik müəssisəsində müəssisənin rəhbəri olaraq əmək fəaliyyətinə başlamış, 2009-cu ilədək “Gəmiqaya İnşaat MMC”-şirkətində briqadir, 2015 -ci ilədək “Cahan İnşaat MMC”-şirkətində baş memar vəzifəsində çalışıb. 2015-ci ildən Naxçıvan Dövlət Universitetinin “Memarlıq” kafedrasında laborant, 2016-cı ildən müəllim vəzifəsində işləyir. 2016-cı ildən Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədridir. Azərbaycan Memarlar İttifaqının 2017 (qeydiyyat № 872) üzvü və İdarə Heyyətinin üzvüdür. Muxtar Respublikada 30-dan artıq dövlət sifarişli binaların layihələrinin və iki qəbul olunmuş loqonun (Memarlar Birliyi, Naxçıvan Müəllimlər İnstiutu) müəllifidir. 17 dekabr 2021-ci ildə Azərbaycan Memarlar İttifaqının 85-illik Yubileyi münasibətilə “Ustad Memar” adına layiq görülmüşdür.
Dərc olunmuş elmi əsərləri
- Oğlanqala tikinti növləri . NDU-nun Elmi əsərləri, 2017, №5 (86).
- Vənənd hamamı və onun memarlıq qurluşu. NDU-nun Elmi əsərləri, 2020.
- Rəcəbov M &Əhmədov H. Laboçevski müstəvisinin proyekti və konform intepretasiyası. Naxçıvan Dövlət Universiteti. Pespublika Elmi konferansı.Naxçıvan 2022. (çapa verilib)