Heydərov Vidadi Əkbər oğlu, Dosent
Heydərov Vidadi Əkbər oğlu 1948-ci ildə Naxçıvan şəhərində anadan olub. 1966 – cı ildə Naxçıvan şəhər 2 saylı orta məktəbi və eyni zamanda 7 illik musiqi məktəbini bitirib. 1968- ci ildə A.Zeynallı adına bakı orta ixtisas musiqi məktəbinə daxil olub, 1972- ci ildə həmin məktəbi bitirib və Naxçıvan şəhər musiqi məktəbinə müəllim təyin olunub. 1986-2004 cü illərdə 1 saylı musiqi məktəbində tədris işləri üzrə direktor müavini işləmişəm. 2004 -cü ildə Naxçıvan Dövlət Universitetində müəllim, 2011 – ci ildə baş müəllim kimi işləyir. 2016-cı ildən dosent kimi fəaliyyət göstərir. 2018- ci ildə mədəniyyət və incəsənət sahəsində xidmətinə görə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi fəxri adına layiq görülüb. 9 elmi məqalə, 1 proqramın, 1 metodik vəsaitin, 3 dərs vəsaitinin müəllifidir.
Elmi məqalələri
- “ Musiqi dinlənilməsi prosesində müəllimin rolu” Naxçıvan Müəllimlər İnstutunun xəbərləri №4 2013
- Musiqi qabiliyyəti və fortepiano ifaçılığının tədrisi metodikası .Metodik vəsait.NDU “Qeyrət “ nəşriyyat 2014
- Dünyada tanınan bəstəkarlar “P.İ.Çaykovski “ NDU “Qeyrət” nəşriyyat 2014 №1
- “ Musiqi mənəvi ,ruhi varlıqdır” NDU “Qeyrət” nəşriyyat 2014 №5
- ”Borokko və Rokoko bədii üslubları” NDU “Qeyrət” nəşriyyat 2014№5
- XVIII əsr Maarifçilik dövrü və bu dövrün spesifik cəhətləri” NDU “Qeyrət” nəşriyyat 2018 №5
- “Alətlərin şahı” NDU “Qeyrət “ nəşriyyat 2018 № 1
- İtalyan və İspan klavir məktəbləri NDU “Qeyrət” nəşriyyat 2018 №5
- İmadəddin Nəsimi yaradıcılığında musiqi .Pakistan 2019
Dərs vəsaitləri
- ”Əlvan rənglər” fortepiano üçün dərs vəsaiti Naxçıvan “Əcəmi” nəşriyyat 2018
- “Fortepiano sənəti tarixi” dərs vəsaiti Naxçıvan “Əcəmi” nəşriyyat 2019
- Xarici ölkə bəstəkarlarının fortepiano üçün seçilmiş əsərləri ,dərs vəsaiti Naxçıvan “Əcəmi” nəşr 2019