Hidayət Abbas oğlu Əkbərov
1983-cü il avqustun 28-də Naxçıvan MR, Şərur rayonu Qarabağlar kəndində anadan olub. 1990-1996-ci illərdə Qarabağlar kənd 1 N-li orta məktəbini,1996-2000-ci illərdə Şərur Türk liseyini, 2001-2005-ci illərdə Naxçıvan Dövlət Universiteti Tarix-filalogiya fakultəsinin fransız dili ixtisasını, 2005-2007-ci illərdə Naxçıvan Dövlət Universitetinin Magistratura şöbəsinin Dilşunaslıq ixtisasını bitirmişdir. 2006-2014-cü illərdə Babək rayonu Vayxır kənd orta məkəbində İngilis dili müəllimi işləmişdir. 2014-cü ildən etibarən Naxçıvan Dövlət Universitetinin “Roman-german dilləri” kafedrasında Fransız dili müəllimi kimi fəaliyyət göstərir. Bir sıra beynəlxalq seminarlarda fəal iştirak etmişdir: 2004-cü ildə Fransanın Paris, 2008-ci ildə Bezanson, 2014-cü ildə Bezanson, 2016-cı ildə Belçikanın Brüssel şəhərində, 2018-ci ildə Fransanın Nis şəhərində dil və təkmilləşdimə kurslarında iştirak etmiş və sertifikatlar almışdır. Müxtəlif illərdə Fransanın Azərbaycandakı səfirliyinin ölkəmizdə təşkil etdiyi kurslarda iştirak edərək sertifikatlar almışdır.
Dərc olunmuş elmi məqalələr:
- L’importance de l’enseignement actif. Le Français en Azerbaidjan, Bakou 2014,№6
- Təhsilimizdə milli-mənəvi dəyərlər. NMİ-nin “Xəbərlər”i. Cild 10. №4. 2014. s.37-41
- Xarici dil dərslərində ənənəvi və interaktiv quruluşun müqayisəli təhlili. NMİ-nin “Xəbərlər”i. 2015, №4 s.37-39
- Müasir Fransız və Azərbaycan dillərində ismi xəbər. NMİ-nin “Xəbərlər”i. 2016, №4, s.53-55
- Xarici dil dərslərində ənənəvi və interaktiv metodların əhəmiyyəti. NMİ-nin “Xəbərlər”i. 2017
- Fransız dilində vurğu. Bakı, ADU, 2018
- Xarici dillərin tədrisində yeni təlim üsullarının əhəmiyyəti. Naxçivan- NMİ, “Elmi” əsərlər, 2020, №3
- Azərbaycan dilçiliyində təsirli-təsirsiz feillərə dair. Naxçıvan Dövlət Universiteti- “Elmi əsərlər”, 2020, ,№4
- Tərcümə nəzəriyyəsi, Tədris proqramı (Fransız dili), Naxçıvan NDU, “Qeyrət” 2021, 23 səh
- Dil tarixi Tədris proqramı (Fransız dili), Naxçıvan NDU, “Qeyrət” 2021, 18 səh.
- Bilimsel araşdırmalar Tezisler Toplusu “Fransız və Türk dillərinin zenginleşdirilmesinde grafik, fonetik, grammer və sözcüksel alınmaların rolü” səh.24