Hikmət Hüseyn oğlu Əliyev
Baş müəllim
24 sentyabr 1965-ci ildə Kəngərli rayonunun Yurdçu kəndində anadan olmuşdur. 1983-cü ildə Qıvraq kənd orta məktəbini bitirmişdir.1984-1986-cı illərdə ordu sıralarında xidmət etmişdir. 1992-ci ildə əl-Fərabi adına Qazaxıstan Dövlət Universitetinin hüquq fakultəsinin əyani şöbəsini bitirmişdir. 1992-1994-ci illərdə hüquqşunas vəzifəsində işləmiş, 1994-cü ildən bu vaxtadək daxili işlər orqanlarında işləyir, haliyədə isə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat Şöbəsinin rəisi vəzifəsində işləyir və polis polkovnikidir. 2001-ci ildən Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakultəsinin hüquq fənləri kafedrasında müəllim, 2014-cü ildən isə baş müəllimi vəzifəsində işləyir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2012-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 08 fevral 2019-cu il tarixli Sərəncamı ilə isə “ Əməkdar hüquqşunas” fəxri adı verilmişdir. İşlədiyi dövr ərzində müxtəlif fənləri tədris etmişdir, haliyədə isə fakultədə “Cinayət prosesi” , “Cinayət-axtarış hüququ”, “İnzibati hüquq” və Magistratura pilləsində isə “Hüquq klinikası” fənlərini tədris edir.
İşlədiyim müddət ərzində Naxçıvan Muxtar Respublikası Televiziyasında hüquqi maarifləndirmə və cinayətkarlıqla mübarizə mövzularında dəfələrlə çıxışlar etmişəm, Şərq Qapısı qəzetində məqalələr çap etdirmişəm. Türkiyə Respublikasının Iğdır və İstanbul şəhərlərində müxtəlif növ cinayətlərin araşdırılması ilə bağlı keçirilən Beynəlxalq Konfraslarda iştirak edərək çıxışlar etmişəm.