Hümbətova Nray Qabil qızı 1997-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 2019-cu ildə Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsinin İngilis dili müəllimliyi ixtisasını, 2021-ci ildə Naxçıvan Dövlət Universitetinin “Dilşünaslıq (İngilis dili)” ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2021-cu ildən Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsinin «İngilis dili və Tərcümə» kafedrasına laborant işləyir.