Hüseyn Kamil oğlu İmanov
Meliorasiya və geodeziya mühəndisliyi kafedrasının müəllimi
İmanov Hüseyn Kamil oğlu 01.01.1998-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 2004-cü ildə 705№-li hərbi hissənin tam orta məktəbinin I sinfinə daxil olmuş, 2015-ci il sentyabr ayında Naxçıvan Dövlət Universitetin Təbiətşünaslıq və Kənd Təsəfrrüfatı fakültəsinin Biologiya müəllimliyi ixtisasına qəbul olmuşdur. 2016-cı ildə fakültə üzrə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri vəzifəsinin icra etmişdir. 2017-ci il iyul-sentyabr aylarında 2 saylı Asan Xidmət Mərkəzində könüllü fəaliyyəti olub. 2018-ci il dekabr ayında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən ilin fəal gənci nominasiyası üzrə təltif olunmuşdur. 2019-cu il iyul ayında həmin ixtisası bitirmiş, 2019-cu il sentyabr ayında Magistrantura pilləsinin Ekologiya mühəndisliyi- Bərk tullantıların emalı texnologiyas ixtisasına qəbul olmuşdur. 2021-ci ildə həmin ixtisası bitirmişdir.
2022-ci il sentyabr ayından Meliorasiya və Geodeziya mühəndisliyi kafedrasında müəllim kimi fəaliyyət göstərir. Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsini icra edir.