Hüseynova Rüxsarə Hüseyn qızı  

                                                            Baş müəllim                                                              

 E-mail: ruxsarah.ru

1962-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1987-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını musiqişünas ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1985-86-cı tədris ilində tələbələrin ən yaxşı elmi işlərinin respublika müsabiqəsində iştirak etmiş və I dərəcəli diplomla təltif olunmuşdur. Əmək fəaliyyətinə müəllim kimi Naxçıvan şəhər orta ixtisas musiqi məktəbində (indiki Musiqi kolleci) başlayıb. 2001-ci ildən Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində müəllim vəzifəsində çalışır. 07 mart 2019-cu il tarixində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təhsil sahəsində səmərəli fəaliyyətimə görə diplomla təltif edilib. 2019-cu ildə Azərbaycan Respublikasının əməkdar müəllimi adına layiq görülüb. Hazırda Musiqinin tarixi və nəzəriyyəsi kafedrasında baş müəllim vəzifəsində çalışır.

      Dərc olunmuş elmi əsərləri:

  • “Azərbaycan xalq teatrında musiqinin rolu”. Azərbaycanda elmin inkişafı və regional problemlər (28/02-1/03 2005 tarixində keçirilmiş elmi konfransın materialları) AMEA-60. Bakı.”Nurlan” 2005. s.317-322
  • “Novruz çərşəmbələri və “Xan-xan”oyun tamaşası”. Bakı.”Musiqi dünyası” jurnalı. 2005 №3-4. s.195-197
  • Azərbaycan bəstəkarlarının yaradıcılığında qəzəl janrı. Naxçıvan.Humanitar elmlər seriyası. 2014 s.179-180
  • Musiqi əsərinin təhlili (proqram). Naxçıvan “Qeyrət”nəşriyyatı. 2014.səh.36
  • Musiqinin elementar nəzəriyyəsi (dərslik). Bakı.”Hədəf”nəşriyyatı. 2015.səh.208
  • Musiqinin elementar nəzəriyyəsi (proqram). Naxçıvan “Qeyrət”nəşriyyatı. 2015.səh.16
  • Müasir Azərbaycanda musiqi folklorşünaslığı. Naxçıvan Dövlət Universitetinin xəbərləri. ”Qeyrət”nəşriyyatı. 2015 №16. s.142-143
  • Polifoniya (dərslik. I cild) .Naxçıvan.”Əcəmi”nəşriyyaı. 2016.səh.264
  • Polifoniya (proqram). Naxçıvan “Qeyrət” nəşriyyatı. 2016 səh.28
  • “Polifoniya dərsliyi” (dərslik). Naxçıvan.”Əcəmi”nəşriyyatı. 2018.səh.195
  • Milli ənənələrə bağlı sənətkar. Məqalə, Az.Resp.Təhsil Nazirliyi. NDU. Elmi əsərlər (humanitar elmlər seriyası) № 1 (102), II cild  Naxçıvan, 2020, 120-122s.
  • Rus musiqisində orientalizm. Məqalə, AMEA-nın Naxçıvan bölməsi. Axtarışlar cild 13, №1, 2020, 183-188s.
  • Azərbaycan bəstəkarlarının yaradıcılığında polifoniya. Məqalə, AMEA-nın Naxçıvan bölməsi Axtarışlar cild 15 №3 (41), 2021, 117-122 s.
  • Musiqi və rənglər. Məqalə, AMEA-nın Naxçıvan bölməsi Axtarışlar cild 16, №1, 2022, 298-305 s.