I Beynəlxalq Tibb Forum çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə İstanbul Yeditepe Universiteti arasında birgə əməkdaşlığa dair müqavilə imzalanıb

I Beynəlxalq Tibb Forum çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə İstanbul Yeditepe Universiteti arasında birgə əməkdaşlığa dair müqavilə imzalanıb

I Beynəlxalq Tibbi Forum çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə İstanbul Yeditepe Universiteti arasında görüş olub. Universitetin rektoru Elbrus İsayev qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnunluğunu bildirib. Rektor rəhbərlik etdiyi ali təhsil ocağının kadr potensialı, professor-müəllim heyətinin malik olduğu elmi baza, maddi-texniki imkanlar,  beynəlxalq əlaqələri, tərəfdaş olduğu xarici ölkə universitetləri haqda məlumat verib.  Qeyd olunub ki, əməkdaşlıq universitetlər arasında bağlanılmış müqavilələr əsasında qurulur, müəllim və tələbələrin mübadiləsi, müştərək elmi araşdırmalar, müəllimlərin ixtisasartırması, informasiya və elmi-metodik ədəbiyyat mübadiləsi kimi sahələri əhatə edir. Rektor universitetin beynəlxalq əlaqələrində Türkiyə Universitetlərinin xüsusi rolu olduğunu qeyd edib. Vurğulanıb ki, ali təhsil ocağı Türkiyənin 130-dan çox universiteti ilə beynəlxalq əməkdaşlığa malikdir. Elbrus İsayev artıq bu tədris ilindən etibarən Yaponiya Universitetləri ilə də beynəlxalq əlaqələrin qurulduğunu diqqətə çatdırıb. Bildirilib ki, universitet elmi-tədqiqat fəaliyyətinə xüsusi diqqət yetirir və professor-müəllim heyətinin beynəlxalq indeksli nəşrlərdə elmi məqalələrinin dərc olunması məqsədilə nufuzlu jurnallarla əməkdaşlığa üstünlük verilir.

Yeditepe Universitetinin rektoru, professor Canan Aykut Bingöl ilk dəfədir NDU-da olmaqdan məmnun olduğunu bildirib. Qeyd edilib ki, 1996-cı ildə əsası qoyulan universitet bir çox sahədə öncül olmaqla bərabər ABŞ, Kanada, Rusiya, Cənubi Amerika başda olmaq üzrə dünyanın 700-dən universiteti ilə beynəlxalq əməkdaşlığa malikdir. Vurğulanıb ki, 13 fakültə ilə texniki sahədə kadr hazırlığını həyata keçirən universitetdə Tibb, İqtisadiyyat, Mühəndislik, Hüquq, Ədəbiyyat və digər ixtisaslar üzrə müasir akademik proqramlara uyğun ingilis dilində tədris həyata keçirilir. Professor diqqətə çatdırıb ki, universitetimiz Türkiyədə ilk dəfə olaraq günəş enerjisindən istifadə edərək öz enerjisini təmin edən universitetdir.

Hər iki universitet birgə əməkdaşlığa dair müzakirələr etdikdən sonra qarşılıqlı müqaviləyə imza atılıb.

Protokolda akademik məlumat və materialların mübadiləsi, akademik sahədə əməkdaşlıq, professor-müəllim heyətinin, tədqiqatçıların və digər elmi-tədqiqat işçilərinin mübadiləsi, magistr və bakalavr sahələri üzrə mübadilə proqramları, birgə layihələr və tədqiqat əməkdaşlığı həyata keçirmək, mühazirələrin aparılması və simpoziumların təşkili maddələri öz əksini tapıb. Birgə müzakirələrdə sosial elmlərdə NDU təcrübəsindən yararlanmaq məsələsi də öz əksini tapıb.

Qarşılıqlı hədiyyələr təqdim olunduqdan sonra Yeditepe Universitetinin rektoru, professor Canan Aykut Bingöl universitetin xatirə kitabına öz ürək sözlərini yazıb, xatirə şəkli çəkdirilib.

Leave a Reply

Your email address will not be published.