I Beynəlxalq Tibbi Forum çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə Qaradəniz Texnik Universiteti arasında birgə əməkdaşlığa dair memorondum imzalanıb

I Beynəlxalq Tibbi Forum çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə Qaradəniz Texnik Universiteti arasında birgə əməkdaşlığa dair memorondum imzalanıb

Muxtar respublikada ilk dəfə olaraq fəaliyyətə başlayan I Beynəlxalq Tibb Forum çərçivəsində Naxçıvan Dövlət Universiteti yeni bir əməkdaşlığa başlayıb. Ali təhsil ocağının Diplomatiya kabinəsində keçirilən görüşdə NDU-nun rektoru Elbrus İsayev Qaradəniz Texnik Universitetinin rektoru, professor  Hamdullah Çuvalcı və nümayəndə heyətini salamlayıb.

Elbrus İsayev rəhbərlik etdiyi ali təhsil ocağının artıq 55 ildir fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Rektor universitetdə 12 fakültə və mövcud ixtisaslar barədə məlumat verib. Bildirilib ki, ali təhsil ocağında 8000-ə yaxın tələbənin tədrisi  ilə 1000-ə yaxın akademik heyət məşğul olur. Vurğulanıb ki,  ali təhsil ocağında bakalavr üzrə 70, magistraturada 80-dən çox, doktorantura pilləsi üzrə 40 və rezidentura mərhələsi üzrə 32 ixtisaslar üzrə kadr hazırlığı aparlır. Türkiyə universitetləri ilə əməkdaşlıq məsələlərini diqqətə çatdıran rektor ali təhsil ocağının beynəlxalq əməkdaşlığında qardaş ölkə universitetlərinin xüsusi payı olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, universitetdə qurulan Texnoparkda məhz Türkiyə universitetlərinin təcrübəsindən istifadə olunacaq, bu sahədə təcrübə mübadiləsi həyata keçiriləcək.

Qaradəniz Texnik Universitetinin rektoru Hamdullah Çuvalcı  qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil ocağı Türkiyənin ən qədim universitetlərindən biri olmaqla texniki sahədə kadr hazırlığı həyata keçirilən universitetlər sırasındadır.  Bildirilib ki, 30 minə yaxın tələbə sayı ilə Türkiyənin ən önəmli universitetləri sırasında olan Qaradəniz Texnik Universiteti Türkiyədə İstanbuldan sonra mühəndislik sahəsində təhsilin verildiyi ilk universitetlərdəndir.

Sonra hər iki universitet arasında birgə əməkdaşlığa dair protokol imzalanıb. Xatirə hədiyyələri təqdim edildikdən sonra professor Hamdullah Çuvalcı universitetin xatirə kitabına öz ürək sözlərini yazıb, xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, protokolda müəllim, tələbə mübadiləsi, birgə tədqiqat layihələri, distant təhsil, əyani təhsil və tədrisin təkmilləşdirilməsi üçün təlimlər, elmi nəşrlərin mübadiləsi, seminarlar və elmi tədbirlərdə iştirak, qısa müddətli kurs proqramları, müəllimlərin akademik inkişafı üçün  təlimlərin təşkili öz əksini tapıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.