I Beynəlxalq Tibbi Forum çərçivəsində D bölməsində mühazirələr dinlənilib

I Beynəlxalq Tibbi Forum çərçivəsində D bölməsində mühazirələr dinlənilib

Naxçıvan Dövlət Universitetində I Beynəlxalq Tibbi Forum keçirilib. Naxçıvan Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Endoskopik-Laparoskopik Cərrahlar Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan, ingilis və rus dillərində keçirilən forum Azərbaycan tarixində böyük həcmdə təşkil olunan ilk tibbi forumdur.

Dünyanın 8 ölkəsindən 350-dən artıq tibb sahəsi üzrə elm adamının qonaq olduğu forumda 4 bölmə üzrə mühazirələr dinlənilib, mövzular üzrə suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

D bölməsində Stomatologiya, Tələbə elmi-tədqiqat işləri üzrə 40-a yaxın çıxış dinlənilib.

Forumun II günü “Tələbə elmi-tədqiqat işləri” adlı bölmədə moderatorlar dosent Müşviq Həsənov, dosent Elsevər Əsədov, Aqil Ağakişiyev, Elvin Əliyevin rəhbərliyi altında 12,  Müşviq Həsənov, tibb üzrə fəlsəfə doktoru Zəhra Vəzirova, Aqil Ağakişiyev, Elvin Əliyevin moderatorluğu ilə 12, forumun III günü “Stomatologiya” adlı bölmədə moderatorlar professor  Umut Ertaş, dosent Cabbar Həsənov, tibb üzrə fəlsəfə doktoru Rauf Cəfərovun rəhbərliyi ilə 4, professor Çingiz Rəhimov, dosent Fərman Həsənov, tibb üzrə fəlsəfə doktorları Rauf Cəfərov, Vüqar Qurbanovun moderatorluğu ilə 4 çıxış dinlənilib.

Leave a Reply

Your email address will not be published.