I Özbəkistan-Azərbaycan Akademik Forumuna Naxçıvan Dövlət Universitetindən professor-müəllim heyəti də qatılıb

I Özbəkistan-Azərbaycan Akademik Forumuna Naxçıvan Dövlət Universitetindən professor-müəllim heyəti də qatılıb

İpək Yolu Akademiyası və Cizak Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə  onlayn formatda Təhsil Tədqiqatları və İnnovasiyalar üzrə I Özbəkistan-Azərbaycan Akademik Forumu keçirilib. Forumda Özbəkistan və Azərbaycan Universitetlərinin hər birindən 20 nəfər olmaqla ümumilikdə 40 nəfər alimin məruzəsi dinlənilib. Forumun keçirilməsində məqsəd mədəniyyətlərarası maarifləndirməni asanlaşdırmaq, beynəlxalq mübadilələri təşviq etmək, yeni araşdırmaları paylaşmaqdır.

21 oktyabr -Özbək dili günü, Ümummili lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan dili günü, Özbəkistan Azərbaycan arasında diplomatik əlaqələr təqdim edilən mövzular sıasında olub.

Tədbiri  Özbəkistan İpək Yolu Araşdırma Mərkəzinin rəhbəri professor Əzəmət Əkbərov açıq elan edib.

Plenar iclasda Cizak Dövlət Pedaqoji Universiteti, Daşkənd Dövlət Şərqşünaslıq Universiteti, Urqanç Dövlət Universiteti, Buxara Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları,  Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi yanında H.Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru çıxış ediblər.

          Sonra NDU-nun dosentləri İman Cəfərov, Şəhla Şirəliyeva, Elçin Zamanlı Özbək-Azərbaycan elmi-ədəbi, mədəni əlaqələri haqqında məruzə ilə çıxış ediblər. Konfrans müxtəlif bölmə iclasları üzrə öz işini davam etdirib. Forumun sonunda iştirakçılara beynəlxalq sertifikat təqdim edilib.

Leave a Reply

Your email address will not be published.