IBM-in təlimlərində iştirak edən Naxçıvan Dövlət Universitetinin əməkdaşlarına şirkətin sertifikatları təqdim olunub

IBM-in təlimlərində iştirak edən Naxçıvan Dövlət Universitetinin əməkdaşlarına şirkətin sertifikatları təqdim olunub

Təqdimatda çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev sertifikat əldə edən əməkdaşları təbrik edib, dünya miqyasında informasiya texnologiyaları və xidmətlər sahəsində lider olan IBM şirkətinin təşkil etdiyi təlimlərin əhəmiyyətini diqqətə çatdırıb.

Rektor qeyd edib ki, IBM şirkəti ilə əməkdaşlıq universitetin texnologiya həllərinə çıxış imkanlarının artırılması və bu sahədə yeni kadrlar hazırlanması, innovasiya yönümlü layihələrin dəstəklənməsi, strateji problemlərə uyğunlaşdırılmış tədqiqatçıların yetişdirilməsi sahələrində mühüm əhəmiyyətə malikdir.

Elbrus İsayev IBM-in təlimlərindən sertifikat əldə edən müəllimlərin gələcəkdə IBM şirkəti ilə birlikdə Naxçıvan Dövlət Universitetində yaradılacaq Proqramlaşdırma Mühəndisliyi İnstitutunun (Software Engineering Institute) fəaliyyəti istiqamətində mühüm töhvələr verəcəyinə əminliyini ifadə edib.

Təqdimatda qeyd olunub ki, 8 universitet əməkdaşı 3 modul üzrə Cloud Business (Bulud biznesi), Enterprise Design Thinking (Dizayn düşüncəsi), Artificial Intelligence (Süni intellekt) təlimlərində iştirak edib.

Sonda IBM-dən əldə edilən sertifikatlar rektor tərəfindən universitet əməkdaşlarına təqdim olunub.

Leave a Reply

Your email address will not be published.