İbrahimli Nərmin Qurban  qızı                                                                           

İngilis dili və metodika kafedrasının müəllimi

İbrahimli Nərmin Qurban qızı 16 may 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub.  1998-2009-cu illərdə Naxçıvan şəhər  14 saylı tam orta məktəbdə təhsil alıb. 2009-cu ildə Naxçıvan Dövlət Universitetinin “İngilis dili müəllimliyi” ixtisasının bakalvr pilləsinə qəbul olub. 2013-cü ildə həmin ixtisası əla qiymətlərlə bitirmişəm. Həmin ildə Azərbaycan Dillər Universitetinin “Xarici dilin tədrisi metodikası və metodologiyası (İngilis dili)” ixtisasının magistr pilləsinə qəbul olub. Həmçinin 2013-2014-cü illərdə Naxçıvan şəhər 9 saylı tam orta məktəbdə İngilis dili müəllimi kimi fəaliyyət gostərmişdir. Daha sonra 2014-2015 ci illərdə “Naxçıvan” Universitetində fakültə katibi vəzifəsində çalışmışdır. 2015-ci ildən etibarən Naxçıvan Dövlət Universitetinin “İngilis dili və metodika” kafedrasının müəllimidir. 2016-cı ildə Azərbaycan Dillər Universitetində magistr təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Bununla yanaşı 2017-ci ildən Naxçıvan Dövlət Universitetinin “Təlim tərbiyənin nəzəriyyəsi və metodikası” ixtisası üzrə dissertantdır. 6 məqalə müəllifidir. Ailəlidir. Bir övladı var.

 

Dərc olunmuş elmi əsərlər:

  1. Təlim materiallarının seçilməsinə dair tövsiyələr. Naxçıvan dövlət Universiteti/ Elmi əsərlər 2020 №1 (102) II cild, səh. 92-96
  2. Şifahi nitq vərdişlərinin inkişaf etdirilməsinə yönəldilmiş çalışmalar sistemi. AMEA, Axtarışlar 2021 №1, cild 15. Səh. 100-104
  3. İngilis dilində Şifahi nitq vərdişlərinin inkişaf etdirilməsinin nəzəri əsasları. Naxçıvan Universiteti/Elmi əsərlər 2021 №1, cild 15 səh. 186-190.
  4. İngilis dilində şifahi nitq vərdişlərinin inkişafında dialoq yolu ilə tədrisin rolu, Axtarışlar 2021 № 4, cild 15, səh. 96-100
  5. Kommunikativ bacarıqların formalaşmasında autentik dialoqlardan istifadə, the XXII International Scientific Symposium, “Turkic  World Between East and West”, Kars, Turkey-Andijan/Uzbekistan, 29th of January 2022, səh.117-120
  6. Xarici dillərin tədrisinin aktual problemləri, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktiki konfransı tezilər toplusu, Bakı, 23 dekabr 2021, 125-126