İbrahimova Nuriyyə Hüseyn qızı

                                                İqtisad üzrə fəlsəfə doktoru., dosent
                                                   
   nuriyyeibrahimova@ndu.edu.az      

İbrahimova Nuriyyə Hüseyn qızı 21 fevral 1953-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1969-cu ildə Naxçıvan şəhər 1№li orta məktəbi müvəffəqiyyətlə bitirmişdir.

      1970-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Uçot-iqtisad” fakultəsinə daxil olmuş və 1975-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir. Elə həmin ildən etibarən Naxçıvan Kooperativlər İttifaqında maliyyəçi-mühasib, sonra isə plan-iqtisad şöbəsinin rəisi vəzifəsində işləmişdir.

      1993-cü ildən Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” kafedrasına müsabiqə yolu ilə müəllim vəzifəsinə təyin edilmişdir. 1995-ci ildə iqtisad fakültəsində tərbiyə işləri üzrə dekan müavini vəzifəsində fəaliyyət göstərmişdir. 1999-cu ildə isə “Mühasibat uçotu və maliyyə” kafedrasında baş müəllim kimi fəaliyyətini davam etdirir.

      2008-ci ildə namizədlik dissertasiyasını müdafiə etmiş və iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 2014-cü ildən Naxçıvan Dövlət Universitetinin “Mühasibat uçotu və maliyyə” kafedrasının dosentidir.

      69 elmi məqalənin, 3 metodik vəsait, 7 fənn proqramı, 2 monoqrafiya və 2 dərs vəsaitinin müəllifidir. Əsərlərindən bir neçəsi xaricdə çap olun­muşdur. Çalışdığı müddətdə bir çox elmi dissertasiyalara, tədqiqat işlərinə, kitab və monoqrafiyalara məsləhət və rəylər vermişdi