İlham Hüseyn oğlu Süleymanov . Baş müəllim

1969-cu il 25 noyabrda Naxçıvan şəhərində anadan olmuşdur.1976-cı ildə Naxçıvan şəhər 39 saylı dəmiryol orta məktəbinin I sinifinə getmiş, 1986-cı ildə həmin məktəbin X sinifini bitirmişdir. 1990-cı ildə Azərbaycan Politexnik İnstituna qəbul olmuş, 1993-cü ildən 1996-cı ilə qədər könüllü olaraq Azərbaycan Respublikasının ordu sıralarında əsgəri xidmət etmiş, 1996-cı ildə Azərbaycan Texniki Universitetinin Elektrotexnika fakültəsinin Avtomatik Elektrik Rabitəsi ixtisasını  bitirmişdir. 2002-ci ildən 2010-cu ilədək Naxçıvan şəhər Rabitə idarəsində baş mühəndis vəzifəsində işləmişdir. 2012-ci ildən Naxçıvan Dövlət Universitetində Rabitə və İnformasiya Texnologiyaları kafedrasında 0.5 ştat, 2014-cü ildən 1 ştat müəllim, 2019-cu ildən “Nəqliyyat və İnformasiya Texnologiyaları” kafedrasında baş müəllim işləyir. Yeni Azərbaycan Partiyasının üzvdür.

Dərc olunmuş elmi əsərlər

 

  1. Rəqəmli televiziya keçidin səbəbləri. DVB-T standart. Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər”i. 2016, s.71-74
  2. Torpaq nəmliyini ölçən elektrik cihazı. Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər”i. 2016, s.82-86.
  3. Нармирования Adsl Физический Уровень. Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər”i. 2017, №8 (89), s.89-94.
  4. Алгоритм для численного решения задачи оптимального управления относительно пар множеств. Технические науки: Проблемы и решения Сборник статей по материалам VI международной научно-практической конференции № 6 (5) c.21-28.Декабрь 2017.
  5. Алгоритм для численного решения задачи оптимального управления относительно пар множеств и применение нейронных сетей к решению задачи. Российско-китайский научный журнал «Содружество» Ежемесячный научный журнал № 24/2018 1 часть. C.30-37
  6. Технология (ısdn) цифровая сеть с интеграцией служб. Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər, 2018, № 4 (93)səh-118-121
  7. WI MAX şəbəkəsinin arxitekturası. “Manhattan, ABŞ – ın New York şəhəri” III beynelxalq New York konfransı fənlərarası tədqiqat və təcrübələrdəki inkişaf tendensiyaları- 2020, №3

 

E-mail: ilham_suleymanov85@mail.ru