
İmtahan qərargahının üzvləri imtahan prosesində iştirak edib
Naxçıvan Dövlət Universitetinin imtahan qərargahının üzvləri payız semestrinin imtahan sessiyasının gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə imtahan prosesində iştirak edib.
Qərargah üzvləri imtahanlar keçirilən auditoriyalara baş çəkərək, imtahanların gedişini izləyiblər. Onlar burada tələbələrin müraciətlərinin qəbul edilməsi, cavablandırılması qaydaları, kameraların və nəzarətçilərin iş prinsipləri ilə tanış olublar.
İmtahan prosesində və suallarda hər hansı bir çətinliyin, neqativ halların olub-olmaması ilə maraqlanan üzvlər tələbələr arasında sorğu keçiriblər.
Tələbələr imtahanların şəffaf keçirilməsindən razılıqlarını ifadə ediblər.
Məlumat üçün bildirək ki, qərargahda universitet rəhbərliyi, valideyn, media nümayəndələri, tələbə təşkilatları təmsil olunub.
Əlavə olaraq nəzərinizə çatdıraq ki, sessiyanın gedişinə operativ nəzarət, təhsilalanların biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə universitetdə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar daxil olmuş şikayətlərin araşdırılmasını təmin edir. Apellyasiya Komissiyasına müraciət, həmçinin müraciətə cavabın verilməsi tamamilə elektron qaydada aparılır.