
İqtisadiyyat və idarəetmə fakültəsində istehsalat təcrübələrinin yekun konfransı keçirilib
Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində qiyabi şöbə üzrə istehsalat təcrübələrinin yekun konfransı keçirilib.
Konfransı giriş sözü ilə açan fakültənin dekanı, dosent Əşrəf Ələkbərov tələbələrin qazandıqları təcrübələrin onların gələcək peşə karyerasında inkişafına müsbət təsirindən bəhs edib.
Daha sonra “Mühasibat və maliyyə” kafedrasının müdiri, professor Teymur Abbasovun, Təcrübə və məzunlarla iş şöbəsinin müdiri Aynurə Seyidovanın, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyiinin əməkdaşı Mehriban İmanovanın və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşı Aqibət Əliyevin çıxışları dinlənilib.
Sonda təlimata uyğun olaraq tələbələrin hesabatlarının müdafiəsi həyata keçirilib.