[ultimate_heading main_heading=”Abbas İsa oğlu İsayev. Memarlıq kafedrasının Baş müəllimi” main_heading_color=”#2e73be” alignment=”left” spacer=”line_only” spacer_position=”middle” line_height=”1″ line_color=”#2e73be” margin_design_tab_text=””]İsayev Abbas İsa oğlu 1947-ci ilin oktyabr ayının 31-də Şərur rayonunun Çərçiboğan kəndində anadan olmuşdur. 1954-1965-ci illərdə Çərçiboğan kəndidə orta məktəbdə oxumuş, 1965-ci ildə Şərur rayonunun yengicə kəndində orta məktəbin 11 sinfini bitirmişdir. 1965-1967-ci illərdə Azərbaycan Politexnik İnstitutunun Nəqliyyat fakültəsinin Dəmir yol və şosse yolları tikintisi ixtisasınınaxşam şöbəsində oxuya-oxuya, bakı şəhərində 4№-li Tikinti tirestinin 47№-li tikinti idarəsində fəhlə işləmişdir. 1967-ci ildə öz ərizəsilə İnstitutdan çıxaraq, 1967-1969-cu illərdə Çərçiboğan kəndində SSRİ-nin 50 illiyi kolxozunda işləmişdir. 1969-cu ildə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinin Memarlıq ixtisasına daxil olmuş, 1974-1975-ci illərdə hərbi xidmətdə olmuş, 1976-cı ildə Azərbaycan İnşaat mühəndisləri İnstitutunun Memarlıq fakültəsinin memarlıq ixtisasını bitirmişdir. 1976-1977-ci illərdə Azərbaycan Kommunal Təsərrüfat Layihə İnstitutunun Naxçıvan filalında böyük mühəndis vəzifəsində işləmişdir. 1977-1980-cı illərdə Şərur rayonunda olan 4№-li Su tikinti quraşdırma idarəsində, 1980-1982-ci illərdə İliç rayon XDS İK-də (Şərur r.), Memarlıq şöbəsində nəzarətçi mühəndis, 1982-1995-ci illərdə Şərur rayonunun baş memarı, 1995-1997-ci illərdə Şərur rayonunda fəaliyyət göstərən “SATARS” layihə kooperativində baş memar vəzifəsində çalışmışdır. 1997-1998-ci illərdə Naxçıvan MR Dövlət Torpaq Komitəsində aparıcı mütəxəssis, 1998-2000-ci illərdə Azərbaycan Dövlət Yer Quruluşu Layihə İnstitutunun Naxçıvan filalında mühəndis vəzifəsində işləmişdir. 2000-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, 2003-cü ildən Memarlıq kafedrasında baş müəllim vəzifəsində işləyir.
E-poçt: abbasisayev464@gmail.com[/ultimate_heading]