İsayeva Günel Şirin qızı, Müəllim

1987-ci il Naxçıvan şəhəri Şahbuz rayon Kolanı kəndində  anadan olub. Orta təhsilini Kolanı kənd orta məktəbində alıb.2004-cü ildə Naxçıvan Dövlət Universitetinin Sosial İdarəetmə və hüquq  fakültəsinin “Turizm və sosial mədəni servis xidməti”  ixtisası üzrə bakalvr    pilləsinə daxil olub, 2008-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitib. 2009-ci ildə Naxçıvan Dövlət Universitetinin “Turizm və sosial mədəni servis xidməti”ixtisası üzrə  magistraturaya daxil olub, 2011-ci ildə magistatura pilləsini   fərqlənmə diplomu  ilə bitirib. 2011-ci ildən Naxçıvan Dövlət Universitetində “Sosial idarəetmə və turizm” kafedrasında müəllim vəzifəsinə təyin olunub.   Hazırda Naxçıvan Dövlət Universiteti “Bələdiyyə və turizm”  kafedrasında müəllim vəzifəsində işləyir. Universitetdə keçirilən konfranslarda iştirak etmişdir. Elmi əsərləri və konfrans materialı yerli və xarici jurnallarda nəşr edilmişdir.

Elmi əsərləri

  1. Naxçıvan Muxtar Respublikasında İşgüzar turizmin inkişaf məsələləri Magistrantların X respublika Elmi konfransının materialları. Sumqayıt 2010
  2. Naxçıvan Muxtar Respublikasında İşgüzar turizmin inkişaf məsələləri. Məqalə. NDU, Qeyrət Nəşriyyatı, 2011
  3. Naxçıvan Duzdağının müalicə və tanışlıq turizm imkanları. Naxçıvan: ilkin şəhər və Duzdağ beynəlxalq simpoziumu. Naxçıvan 27-29 iyul 2012
  4. Tarihi İpek yolunun Azerbeycan ve Doğu Anadolu bölgesinin ekonomik-kültürel ilişkilerinde önemi. . Uluslararası Ahlat-Avrasya kültür ve sanat sempozyumu22-25 avqust 2012 Bitlis-Ahlat
  5. Azərbaycanın Machu Picchusu adlandırılan Əlincəqalaya səyahət edən əcnəbi turistlər üçün cəzbetmə elementləri. IV nternational Scientific and Practical Conference Turizm və rekreasiya XXI əsrdə:problemlər və perspektivlər Baku 2019.
  1. Naxçıvan Duzdağı Naxçıvan 2019 Naxçıvan Muxtar Respublikasında turizm bazarının inkişafında müalicə turizminin rolu.(Duzdağ fizoterapiya Mərkəzi timsalında)
  2. Орсловскиий Государственный университет. Международная научно –практическая конференчия 2019 Маркетинговые вопросы  развитиа туристического рынка в  Нахчыванской Автономной Республике в Азербайджане.
  3. Muxtar Respubilkada dövlət proqramlarının uğurlu icrası və aqrar sektorun dayanıqlı inkşafı. Nuhçıxan.May 2021
  4. Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf istiqamətləri-monoqrafiya, Naxçıvan 2021, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, 144 səh.