İSMAYILOVA YASƏMƏN İSA QIZI
“Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq” kafedrasında baş müəllim
yasemen201054@gmail.com
İsmayılova Yasəmən İsa qızı 1954-cü il oktyabr ayının 20-də Culfa rayonunun Noraşen (indiki Göydərə) kəndində müəllim ailəsində anadan olub. 1972-ci ildə Noraşen kənd orta məktəbini bitirib və N.K. Krupskaya adına Bakı Kitabxanaçılıq Texnikomuna(əyani) daxil olub. 1975-ci ildə texnikomu bitirib və təyinatla Naxçıvana gəlib. Rayonda kitabxanada şöbə müdiri işləyib. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq və biblioqrafiya fakültəsinə ( qiyabi) daxil olub. 1985-ci ildə Universiteti bitirib.. Respublika Uşaq Kitabxanasında şöbə müdiri vəzifəsində işləyib. 1994-cü ildə Naxçıvan Dövlət Universitetinə müsabiqə yolu ilə kitabxanaçılıq ixtisasına müəllim təyin olunub.2014-cü ildə baş müəllimseçilib.Hazırda bu vəzifədə işləyir.
Ailəlidir. Üç övladı var.
Dərc olunmuş elmi məqalələr
- Azərbaycan ədəbiyyatşünaslığının inkişafında Həmid Araslının rolu və fəaliyyəti. Dil və ədəbiyyat.Nəzəri, elmi, metodik jurnal..N2(27) Bakı, ADU nəşr. 2000, səh. 86-87
- Həmid Araslı yaradıcılığında Nizaminin türk ədəbiyyatına münasibəti məsələləri. Elmi əsərlər N7, NDU:- “ Qeyrət “ nəşr. 2000, səh.79-82
- Həmid Araslının tədqiqində “ Nizami və türk ədəbiyyatı problemi “ Azərbaycan-Avropa ədəbi – mədəni əlaqələr mərkəzi. KONTEKST TOPLU-2- COLLECTİON. Bakı , 2001, səh. 55-58
- Füzuli ədəbi irsi Həmid Araslı tədqiqində. Elmi əsərlər, N9, NDU : “ Qeyrət “ nəşr. , 2002, səh.128 – 130
- “ Xəmsə”nin şifahi xalq ədəbiyyatı ilə əlaqəsi. Ali məktəblər arasında Elmi- praktik konfransın materialları. Bakı , “ Elm” 2002, səh. 57-64
- XVII – XVIII əsr Azərbaycan ədəbiyyatı Həmid Araslının tədqiqində. Elmi əsərlər.( Humanitar elmlər seriyası ) N13 . NDU : “ Qeyrət “ nəşr. 2004, səh. 69-70
- Həmid Araslı və Azərbaycan şifahi xalq ədəbiyyatı. Elmi əsərlər, ( Humanitar elmlər seriyası ) N2 ( 54 ) NDU: “ Qeyrət “, 2013, səh.68 – 69