İstanbul Qalata Universitetinin nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub

İstanbul Qalata Universitetinin nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub

İstanbul Qalata Universitetinin rektoru, professor Özgür Çengelin onlayn olaraq qatıldığı görüşdə NDU-nun rektoru Elbrus İsayev qonaqları salamlayıb, rəhbərlik etdiyi ali təhsil ocağının maddi-texniki bazası, müasir tədris üsulları barədə məlumat verib, ali təhsil ocağının beynəlxalq əməkdaşlığında Türkiyə universitetlərinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

Görüşə onlayn qatılan İstanbul Qalata Universitetinin rektoru, professor Özgür Çengel çıxış edərək qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil ocağının əsası 2019-cu ildə qoyulub. Bildirilib ki, universitetdə Sağlıq bölümü, Diş həkimliyi, Sənət və sosial bilimlər, Spor bölümü olmaqla ümumilikdə 4 fakültədə tədris prosesi həyata keçirilir.

Görüşdə iştirak edən Robotex Türkiyə Qurucuları Orhan Çevik, Zülal İnan, Robotexin Texniki koordinatoru Gürkan Lokman, İstanbul Qalata Universitetinin  İncəsənət və Sosial elmlər fakültəsinin dekanı, İdarəetmə İnformasiya Sistemləri Departamentinin rəhbəri Caner Giray fəaliyyət göstərdikləri şirkət barədə ətraflı məlumat verib, birgə əməkdaşlıq məsələlərindən söhbət açıblar.

Qonaqlar Türkiyənin Antalya şəhərində keçirilən “Dünyanın ən böyük robototexnika festivalında qalib olan NDU komandasını təbrik ediblər.

Qeyd edək ki, Türkiyə, Estoniya, İran və digər ölkələrin təmsil olunduğu turnirlərdə “Robotex Türkiyə” 2023 mövsümündə Azərbaycanı Naxçıvan Dövlət Universitetinin 5 nəfərlik heyəti təmsil edib. Məlumat üçün onu da bildirək ki, Estoniyada keçiriləcək Dünya Robot Festivalında ölkəmizi doğma komandamız təmsil edəcək.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.

Qonaqlar həmçinin Memarlıq və mühəndislik fakültəsinin Elektronika və STEAM mərkəzində, Memarlıq muzeyində olub, tələbələr tərəfindən hazırlanmış layihələrə baxıblar, Texnoparkın layihəsi ilə tanış olan qonaqlar layihənin möhtəşəmliyi barədə öz müsbət fikirlərini səsləndiriblər. 

İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbələrinə Robototexnika sahəsində seminar keçirilib.

Leave a Reply

Your email address will not be published.