Jurnalistika ixtisası üzrə məzunumuz Ləman Ələkbərova İtaliyadan yazır:

Jurnalistika ixtisası üzrə məzunumuz Ləman Ələkbərova İtaliyadan yazır:

Bu dünyada iki əziz şey var hansı ki, biri Anadır, biri Vətən. Biri sənə əlindən tutub yeriməyi öyrədir, digəri isə yeridiyin bu yolda kim olacağını. Mən də bu yola Şərqin Qapısı olan Naxçıvandan başlayıb Avropanın qəlbi olan İtaliyaya gələrək hələ də bu diplomatik yolda ölkəmə öz töhfələrimi vermək üçün davam edirəm. Ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə desək: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Hazırkı dönəmdə bütün Azərbaycan gəncləri hər sahədə özlərini doğruldurlar. Buna səbəb isə ölkəmizin gənclər üzrə başlatdığı siyasətdir. Muxtar respublikada öz təhsil həyatımdan örnək verərək qeyd edə bilərəm ki, mən Naxçıvan Dövlət Universitetində Jurnalistika ixtisasında təhsil aldığım illərdə həm elmi, həm də praktiki bacarıqlara yiyələndim. Universitetimizdə müəllimlərimiz gənc jurnalist kadrlar yetiştirmək üçün əllərindən gələnin daha çoxunu edirdilər. Onların sayəsində hələ həyata atıldığım ən gənc yaşımda və universitet oxuduğum halda mən artıq televiziya, radio və mətbuat sahəsində ixtisaslaşırdım. Bu günün nəticəsini mən ilk addım atdığım Naxçıvan Dövlət Universitetinə borcluyam.

Hazırda mən İtaliyada Diplomatiya sahəsində magistr üzrə təhsil alıram. Azərbaycan gənci kimi mən fəxr edirəm ki, öz ölkəmin tarixini, mədəniyyətini Avropada tanıdıram. Qeyd etmək istərdim k,i ölkəmizin son illərdə qazandığı uğurların nəticəsidir ki, oxuduğum sahə üzrə kitablarda, hətta imtahanlarda bizim ölkəni, bizim milləti qalib xalq kimi tanıyırlar. Keçdiyimiz Ümümdünya Siyasəti kitabında Prezidentimiz haqqında olan məlumatlar onun siyasəti və zəfərinin nəticəsi burada çox marağa səbəb olur. Hətta dərs aldığım professorumuzun muxtar espublikaya səfəri və bizim adətlərimizi, insanlarımızı sevməsi və ölkəmizin inkişafda olan ölkə kimi tanıması, onun Naxçıvana bir daha gəlmək istəyi məni bir daha qürurlandırdı.

Naxçıvanda aldığım təhsilin və sonra gördüyüm praktikanın nəticəsidir ki, mən bir Azərbaycan gənci olaraq ölkəmizi burada təmsil edirəm.

Ləman Ələkbərova- Siena İtaliya

Leave a Reply

Your email address will not be published.