Kərimli Xanəli Abbasəli oğlu
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Kərimli Xanəli Abbasəli oğlu 27 noyabr 1951-ci ildə Naxçıvan MR-in Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub.Səkkizillik təhsilini 1958-1966-cı illərdə Mahmudoba kəndində alıb,orta təhsilini 1966-1968-ci illərdə C.Məmmədquluzadə adına Şahbuz qəsəbə orta məktəbində tamamlayıb.1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının filologiya fakültəsinə qəbul olub,ikinci kursdan (1971-1972-ci tədris ilindən) sonra institutun əsasına dəyişilib və buranı 1973-cü ildə fərqlənmə diplomu ilə bitirib.O,1973-1988-ci illərdə Şahbuz rayonunun Badamlısu qəsəbə,Mahmudoba kənd orta məktəblərində müəllim,tərbiyə işləri üzrə direktor müavini və Şahbuz Rayon Kənd Orta Texniki Peşə Məktəbində tədris hissə müdiri,1988-1989-cu illərdə Naxçıvan Dövlət Pedqoji İnstitutunda(indiki Naxçıvan Dövlət Universiteti) qiyabi şöbə üzrə metodist,1989-1991-ci illərdə Şahbuz rayon Tədris İstehsalat Kombinatında müavin vəzifələrində işləmişdir.
X.Kərimli 1987-ci ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azər-baycan ədəbiyyatı şöbəsinin dissertantı kimi həmin institutun İxtisaslaşmış Müdafiə Şu-rasında “Cənubi Azərbaycan demokratik ədəbiyyatında hekayə janrının inkişafı (1941-1970)” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri nami-zədi alimlik dərəcəsi almışdır.
1991-ci ildən taleyini Naxçıvan Dövlət Universitetinə bağlayan X.Kərimli 1991-1996-cı illərdə universitetin ilk mətbu orqanı olan “Fikir” qəzetinin ilk redaktoru,1996-1998-çi illərdə universitet Beynəlxalq Əlaqələr Şöbəsinin rəisi,1998-2014-cü illərdə Əcnəbi tələbələrlə iş üzrə fakültənin dekanı vəzifələrində fəaliyyət göstərmişdir.Hazırda Ədəbiyyat kafedrasının dosenti və filologiya fakültəsinin müəllimidir.
X.Kərimli bədii yaradıcılığa ötən əsrin 80-ci illərindən başlamışdır.İlk şeiri “Toğluqaya-nın Məmməd Araza məktubu” şeiridir.İlk mətbu şeri isə 1983-cü ildə Azərbaycan Demokratik Firqəsinin “Səhər”(sonralar “Azərbaycan”) adlı aylıq dərgisində xalq şairi
Söhrab Tahirin qayğısı Ilə işıq üzü görən “Anamla söhbət” şeiridir.
Şeirlərindən nümunələr rus,fransız,ingilis,fars,türk dillərnə tərcümə edilən X.Kərimli 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü,2007-ci ildən Naxçıvan MR-in Əməkdar müəllimidir.O,ikinci çağırış(2000-2005 –ciillərdə) Naxçıvan MR-in Ali Məclisinə deputatı olmuşdur.
Yüzdən çox elmi, publisist,metodiki məqalənın və “Cənubi Azərbaycan ədəbiyyatının ali və orta məktəblərdə tədrisi metodikası”(Naxçıvan,2000) vəsaitinin müəllifi olan X.Kə-rimli ayrı-ayrı illərdə İranda, Türkiyədə, Pakistanda, Hollandiyada, Gürcüstanda, həmçinin ölkə daxilində keçirilən bir sıra beynəlxalq elmi simpozium və konfranslarda Azərbaycan elmini ləyaqətlə təmsil etmişdir.
Dərc olunmuş elmi əsərlər
- Ay işığında,Bakı,”Yazıçı” nəşriyyatı,1998.
- Anamdan məktub,Bakı,”Adiloğlu” nəşriyyatı,2000.
- Bu da bir nağıldı,Bakı,”Nurlan” nəşriyyatı,2004.
- “Şairə məktub”, Bakı, “Qanun”- 2007
- Mənə elə gəlir ki…,Bakı,”Nurlan” nəşriyyatı.2008.
- Duyğularım,düşüncələrim,İran/Urmiya,2011.
- Mənim könlüm bir ümmandır,İran/Urmiya,2011.
- Payız duyğuları,Bakı,”Qanun” nəşriyyatı,2013.
- Ahlat taşı,İstanbul(Türkiyə),2019.
- İsa Həbibbəyli, “Xanəli Kərimli haqqında söz”, Xanəli Kərimli-55 “Şairə məktub” (məqalələr…) Bakı-2007.səh.6-11
- Camal Mustafayev, Şair şerindən tanınar, “Xəzər-xəbər” jurnali, 2003. №-141
- Camal Mustfayev, Şairə məktub, “Xəzər-xəbər” jurnali, 2005. №-181
- Camal Mustafayev, Sözü fikir yaşadır, “Xəzər-xəbər” jurnali, 15.09.2008.N-255.
- Maarifə Haciyeva, Bizdə şeir də var sənət də vardır,”Ədəbi düşüncələr”, Bakı-2003.səh.147-151
- Marifə Haciyeva, Mənə elə gəlir ki…, “Ədəbiyyat qəzeti” 30.01.2009
- Həmid Arzulu, “Bu da bir nağıldı” kitabının müəllifi şair Xanəli Kərimliyə, “Azad Azərbaycan” qəzeti, 26.06.2005
- Əbülfəz Əzimli, Şair Xanəli Kərimli haqqında söz-Ssezlər “Mövqe” qəzeti, 16-17,18-19.02.2004
- Əbülfəz Əzimli, Duyğuları və fikirləri ilə oyalanan şair.”zaman” (Azərbaycan) qəzeti, 13-14.01.2005
- Əbülfəz Əzimli, Ağrıdan ucada dayanan şair, Xanəli Kərimli, “Ay işığında” (şeirlər və poemalar) Bakı,1998, səh.3-7
- Arif Ağalarov, Haqdan gələn misralar, “Azad Azərbaycan” qəzeti,16 mart 2004-cü il
- Elbəyi Maqsudov, “Ay işığından başlanan yol”, “Şərq qapısı” qəzeti, 22 aprel,1998
- Fərqanə Kazımova, Ağrılı, inamlı şair, “Mədəni maarif” jurnalı, 2007, №-10/11
- Sabir Bəşirov, Bu dünya özü boyda başdan-başa kədərdi, “Vətəndaş həmrəyliyi” qəzeti, 26-29.11.2006
- Asif Rüstəmli, “Bir cövhərəm dürr üçündə”, “525-ci qəzet” 26.12.2006.
- Əbülfəz Əsgərli, Yaradıcı alım, gözəl şair, “İşıq” (oçerklər) Bakı,2005. səh.195-200
- Cəfərqulu Paşayev, Bu da bir nağıldı, “Şərqin səsi” qəzeti 30.12.2004
- Muxtar Kazımoğlu, Kövrəklik və ötkəmlik, “Kaspi” qəzeti” 18.04.2007
- Flora Xəlilzadə, Özəlliklə gözəlliyin vəhdəti, “Azərbaycan” qəzeti,13.02.2007
- Qardaş Əlişoğlu, Düşündürən şair, “Şəfəq” jurnalı 2009. №-1-2.
- Xaqani Abbasəli Öztürk, Şeir gərək haqdan gələ, “Yarımada” qəzeti, 23.04.2005
- Sahil Tahirli “Zaman dəyirman daşıdı” “Şərq qapısı” qəzeti 24.12.2004
- Elşən, Ay işığında ovsun, “Oğuz səsi” qəzeti, 13.06.1998
- Sərvaz Hüseynoğlu, Öz işığı olanların sevdası, “Ədəbiyyat qəzeti” 17.06.2005
- Sərvaz Hüseynoğlu, “Hər səsin içində bir gizli səs var” “Naxçıvan” qəzeti 17.01.2009
- Şəbnəm Həsənəliyeva ,Bir şairin yaradıcılığında vətənpərvərlik duyğusu, “Şərq qapısı” qəzeti 16.08.2006
- Bu da bir nağıldı (müəllifsiz) “Səs” qəzeti 17.12.2004
- Allhverdi Aqil, “Anamdan məktub” kitabı müəllif etirafnaməsi-dir” “Şərq qapisi” qəzeti, 30.10.2001
- İbrahim İlyaslı, Bu da bir nağıldır… “Qanun və zəka” qəzeti, 19-25.04.2005
- Əhməd Məmmədov, Əsl zirvə qabaqdadır, “Sovet Naxçivanı” qəzeti, 02.08.1988.
- Söz şairin ruhudur (müəllifsiz) “İki sahil qəzeti 26.01.2002
- Rzalı, Saza-sözə bağlılıq, “Azərbaycn” qəzeti 12.06.2005
- Adil Bağırov, Köhnə sözlə təzə fikir qovuşanda “Kredo” qəzeti 12.06.2010.
- Abbas Mehdiyev,Vətən sevgisindən doğan ilham “Rəsmi Bakı” qəzeti 01-15.10; 01-15.11.2009.
- İsgəndər Orucəliyev, Ürəyini axtaran şair, AMİ-nin “Elmi xəbər-ləri”, № 1, 2011
- Vaqif Məmmədov, “Kimin ki, qəlbində Tanrı eşqi var… yaxud şair Xanəli Kərimlinin portret cizgiləri”, “Krdo” qəzeti, 05.03.2011
- Süleyman Alıyev, “Düşünən və düşündürən şair”, “Krdo” qəzeti, 27.11 və 05.12.2009
- Гусейн Адыгезалов “Постижение выси” “Литературный Азербайджан” 2009, № 12,
- Firudin Rzayev, “Fəlsəfi söz dünyasında dolaşan vətəndaş şair” “Elm” qəzeti, 22.10.2007
- Sərdar Zeynal, “Bu da bir nağıldı…” kitabı haqqında bir neçə söz, “Elm” qəzeti, 24.02.2008
- Avtandil Ağbaba, Xalq ruhunun ifadəsi,“Möhtəşəm Azərbaycan” qəzeti. 21.02.2009.
- Aypara Behbudova, “Şair haqqın yolçusudur”, “ Şərq qapısı” qəzeti.16.10.2007
- Kamal Camalov, “Xanəli Kərimli” ikiliklər”ində əxlaq tərbiyəsi məsələləri ,”Təhsil və zaman” qəzeti, 17.01.2009
- Sədaqət Nemət, “Xalq ruhuna bağlılıq” “Folklor və etnoqrafiya” jurnalı, №-2. 2010
- Ramiz Qasımov “Xanəli Kərimli yaradıcılığında Cənub mövzusu, “ Sənət qəzeti” 16.02-14.03.2011.
- Ə.R.Xələfli, “Sözün Əlincə qalası və yaxud, yuxuların poeziyası, “Kredo” qəzeti 06.02.2010.
- Ə.R.Xələfli, “Söz sahibinə oxşasa yaxşıdır” “Kredo” qəzeti, 31.12.2010.
- Elçin Kamal, “Sözlə pərdəli dolanan şair” “Kredo” qəzeti 06.02.2010
- Rafiq Oday, Haqq yolçusunun yol yoldaşı”, “Möhtəşəm Azər-baycan” qəzeti 27.02.2008
- Binnət Nəsibov, “Şair Xanəli Kərimli” “Xalq sözü” qəzeti, 01.07.2008.
- Binnət Nəsibov, “ Xanəli Kərimlinin sehirli söz dünyası”,”Xalq sözü” qəzeti, 01-31.03.2009.
- Akif Axundov, “Fəlsəfi düşüncənin poetik təsdiqi”, “Şərq qapısı” qəzeti, 06.02.2009.
- Akif Axundov,”Şerində də özü olan adam” , “Şərq qapısı” qəzeti 18.12.2008.
- Vaqif Ağalarov, “Bu Vətən ərənlər məktəbi olub”, “Mövqe” qəzeti 20-21.09.2007
- Vüsalə Kərimova, “Mənə elə gəlir ki…”,”İki sahil” qəzeti, 01.04.2009.
- Mənə elə gəlir ki… (müəllifsiz) “Mövqe” qəzeti 12-13.02.2009.
XARICI MƏTBUAT SƏHIFƏLƏRINDƏ
- Arif Ağalarov, “Şeir gərək haqdan gələ“,”Körpü” jurnalı, №-47. 2005.( Təbriz)
- Həsən Həmidoğlu, “Xnəli Kərimli”, “Misaq” qəzeti, 19.11.1998 (Təbriz
- Doktor Camal Ayrımlı, “Qardaşımın səsi”, “Nəvide-Azərbaycan” qəzeti, 29.11.2003.(Urmiya)
- Erbil Hüryurt, Nahçıvanlı akademisyen şair, bilge kalem dos.dr.Haneli Kerimli “Kristal kar tanelerindeki mürekkep izleri” (makaleler), Ankara-2007.səh.191-192
- Erbil Hüryurt, “Hoş, Sefa geldin, Haneli Kerimli”,”Huryurt” qəzeti , 29.04.2009 Türkiye
- dr.İsa Kayacan, “Azerbaycanın “Şefeg” dergisi, “Gündem” qəzeti, 24-08.2009. (Türkiyə)
- dr.İsa Kayacan: Ankara mektubu.azerbaycanlı şairlerden, ekspress-Vangölü qəzeti 09.06.2005.
- Burhan Torunlar: Kerimli “Anamdan mektub” adli şiir kitabını çıxardı. “zaman” qəzeti (Türkiyə,Erzincan) 29.11.2003
- Zülfiyye İsmayıl “Ağrı dağı özelliklerinin kandaş kalemlere ymsıması”, “Serhat kültür” dergisi 02.2011 səh.38-47 (Türkiyə)
- Zülfiyye İsmayıl, “Haneli Kerimli poeziysında Türkiyə mövzusu “Gözelim” qəzeti (Türkiyə) 13, 20.12.2010
- Haneli Kerimli Türkiyə edebiyatçılar ve kültür adamlar ansiklopedisinde ”Huryurt” qəzeti 05.07.2008
- Azerbaycan ve Nahcıvan”ın böyük şair ve yazarlarından, dost kalem, bilge insan, böyük akademisyen, şair ve yazar, dos.dr Haneli Kerimli”nin kitapları Haydar Aliyev egetim ve kültür merkezinde .
- ”Huryurt” qəzeti, 04.01.2008.
HAQQINDA OLAN KİTABLAR:
1.Xanəli Kərimli-55:Şairə məktub (məqalələr toplusu),Bakı,”Qanun” nəşriyyatı,2007.
2.Xanəli Kərimli-60:Sözün Əlincə qalası (məqalələr toplusu),Bakı,”Qanun” nəşriyyatı, 2011.
3.Sabir Bəşirov,Xanəli Kərimli:Bir ömrün nağılı(ədəbi portret),Bakı,”Qanun” nəşriyyatı, 2011.
4.Xanəli Kərimli-65:Bir ömrün işığı (məqalələr toplusu),Bakı,”Qanun” nəşriyyatı,2016.
5.Əli Rza Xələfli:Söz və qan”,Bakı,2016.