Bəstəkar Kamal Rüstəm oğlu Əhmədov

            NMR-nın Əməkdar İncəsənət Xadimi, dosent

1948-ci il avqust ayının 5-də Naxçıvan şəhərində anadan olmuşdur. 1973-cü ildə A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin Xalq çalğı alətləri şöbəsini (tar sinfi üzrə) bitirərək təyinatla Ordubad şəhər uşaq musiqi məktəbində ilk pedaqoji fəaliyyətə başlayır.

1976-cı ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri şöbəsinə daxil olur. Respublikamızın görkəmli bəstəkarı, professor Xəyyam Mirzəzadənin sinfində bəstəkarlıq sənətinin sirlərini mənimsəyir, eyni zamanda dünya musiqi korifeylərinin klassik və müasir səpkili əsərlərini öyrənərək özünün fərdi yaradıcılıq üslubunu müəyyən edir.

Diplom işi kimi yazdığı “Cavid” simfonik poemasını təhsil illərinin ən mükəmməl və uğurlu əsəri hesab etmək olar. 1988-ci ilin oktyabr ayında Krım vilayətinin Yalta şəhərində “Cavid” simfonik poemasının premyerası olmuşdur. Əsər 2009-cu ildə Azərbaycan Bəstəkarlar ittifaqının yaranmasının 75 illik yubileyi münasibəti ilə keçirilən Beynəlxalq Festivalın yekun konsertində  Azərbaycan Dövlət simfonik orkestri tərəfindən ifa olunmuşdur.

1985-1996-cı illərdə Naxçıvan Dövlət Filarmoniyasının Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışmışdir.

1996-cı ildən Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətini davam etdirir.

2001-2016-cı illərdə  Naxçıvan Bəstəkarlar təşkilatının məsul katibi vəzifəsində çalışmışdır.

2008-2017-ci illərdə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakultəsində Bəstəkarlıq kafedrasının müdiri vəzifəsində çalışmışdır.

Hal-hazırda Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində pedaqoji fəaliyyətini davam etdirir.

Əsərləri respublikamızda və bir sıra xarici dövlətlərdə – İran, Türkiyə, Rusiya, Ukrayna və s. ifa olunmuşdur.

Kamal Əhmədov Prezident mükafatçısı (2007), Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimidir.

 

 

 

 

       Dərc olunmuş elmi əsərləri:

 

1.” Ciddi polifonik yazı”.  NDU-nun  “Qeyrət” mətbəəsi.Naxçıvan-2016. 48 səh. (dərs vəsaiti)

2.”Mahnı, romans, duet”  Əcəmi mətbəəsi. Naxçıvan-2017. 111 səh. (dərs vəsaiti)

  1. “Kamera-instrumental əsərlər” Əcəmi mətbəəsi. Naxçıvan-2020. 158 səh. (dərs vəsaiti)
  2. Bəstəkarlıq ixtsasında bakalavr hazırlığı üçün “Proqram” NDU-nun Qeyrət mətbəəsi. Naxçıvan-2016. 11 səh.
  3. “Polifoniya və harmoniyanın qarşılıqlı əlaqəsi”.” Musiqi Dünyası” jurnalı 3-4/41. Bakı 2009. səh. 107-108
  4. “Musiqi üslublarının təkamül və tipalogiyası”. Musiqi Dünyası” jurnalı 3/44. Bakı 2010. səh. 51-52
  5. “Lad melodiyasının əsasları”. NDU-nun “Elmi əsərlər” jurnali №2 “Qeyrət” mətbəəsi. Naxçıvan-2016. səh 183-184
  6. “XX əsr musiqi yaradıcılığında fərdi modus”. NDU-nun “Elmi əsərlər” jurnali №2 “Qeyrət” mətbəəsi. Naxçıvan-2012. səh 175-177

           

 

             Bəstələdiyi musiqi əsərləri

 

             Mahnılar:

  1. Nəsirlinin söalərinə fortepiano və solo vokal üçün,“Gözəl qız”, Xalq Çalğı Alətləri orkestri və solo vokal üçün “Qızlar bulağı”
  2. Rüstəmim sözlərinə fortepiano və solo vokal üçün “Bu yolu seçdim”
  3. Ə.Kürçaylının sözlərinə fortepiano və solo vokal üçün “Nəğmə”
  4. Məmmədovun sözlərinə fortepiano və solo vokal üçün “Bir kaman səsi”
  5. Oktayın sözlərinə fortepiano və solo vokal üçün “Ürək səsləri”
  6. Aslanın sözlərinə Xalq Çalğı Alətləri orkestri və solo vokal üçün “Unutdun sən məni”
  7. Valehin sözlərinə Xalq Çalğı Alətləri orkestri və solo vokal üçün “Qoşa Çinar”
  8. S.Orhonun sözlərinə Xalq Çalğı Alətləri orkestri və solo vokal üçün “Keçmə”
  9. Tahirənin sözlərinə fortepiano və solo vokal üçün “Bənövşə”
  10. Şirinoğlunun sözlərinə fortepiano və solo vokal üçün “Saçlarıma qarda yağdı”
  11. Şirinoğlunun sözlərinə Estrada orkestri və solo vokal üçün “Naxçıvanım”
  12. Əhmədovun sözlərinə fortepiano və solo vokal üçün “Sevdam”
  13. Fədainin sözlərinə Xalq Çalğı Alətləri orkestri və solo vokal üçün “Nakam eşqim”
  14. Əhmədovun sözlərinə fortepiano və solo vokal üçün “Zəfər türküsü”

 

Duetlər:

  1. Maqsudovun sözlərinə fortepiano və volo vokal üçün “Yar ola”
  2. Qasımzadənin sözlərinə fortepiano və volo vokal üçün “Adını de”
  3. Qədimin sözlərinə fortepiano və volo vokal üçün “Məzəli mahnı”
  4. İ.Fərəməzoğlunun sözlərinə fortepiano və volo vokal üçün “Oyrət mənə sevməyi”

             Romanslar:

  1. Maksudovun sözlərinə Kamera orkestri və solo vokal üçün “Anacan”, Xalq Çalğı Alətləri orkestri və solo vokal üçün “Vətəndir”
  2. Kərimlinin sözlərinə Xalq Çalğı Alətləri orkestri və solo vokal üçün “Mən səni sevmişəm”

 

Marslar:

  1. Əhmədlinin sözlərinə Xalq Çalğı Alətləri orkestri və solo vokal üçün “Milli Ordumuz”
  2. Əhmədovun sözlərinə Xalq Çalğı Alətləri orkestri və solo vokal üçün “Azadlıq türküsü”
  3. Maksudovun sözlərinə fortepiano və solo vokal üçün “Zəfər marşı”
  4. Şirinoğlunun sözlərinə fortepiano və solo vokal üçün “Marş, irəli!”

 

 

Xor əsərləri:

  1. Qarışıq xor üçün a kapella “Fuqa”, “Şahsevəni”, Ovşarı”, “Qədim Naxçıvan” – kantata, “Omrün Heydər Zirvəsi” – oda
  2. Qarişıq xor və simfonik orkestr üçün “Azərbaycan Bayrağı” – oda
  3. Qarışıq xor və Çalq Çalğı Alətləri orkestri üçün “Rekviem”
  4. Uşaq xoru üçün “Məcmuə”

 

İnstrumental əsərlər:

 

  1. Fortepiano üçün “Pyeslər”, “Prelüdlər”, “Prelüd və fuqalar”, “Skerso”, “Rapsodiya”, “Aşıqsayağı”, “Şikəstə”, “Mövzu ilə variasiyalar”№1, “Mövzu ilə variasiyalar”№2, “Mövzu ilə variasiyalar”№3, “Sonata”, fortepiano və simfonik orkestr üçün III-hissəli “Konsert”
  2. Klarnet və fortepiano üçün “Ballada”
  3. Skripka, klarnet və fortepiano üçün “Trio”
  4. Skripka və fortepiano üçün “Kapriççio”
  5. Simli kvartet üçün “Mövzu ilə variasiyalar”
  6. Simli kvartet və fortepiano üçün “Şikəstə”
  7. Simli kvartet və fortepiano üçün “Rapsodiya”
  8. Simli kvartet və fortepiano üçün “Aşıqsayağı”
  9. Simli alətlər ansanblı üçün III-hissəli “Kvartet”
  10. Tar ilə fortepiano üçün “Sonata”
  11. Truba və fortepiano üçün “Mövzu ilə variasiyalar”

 

                    Orkestr əsərləri:

 

  1. Kamera orkestri üçün “İthaf”, “Naktürn”, “Aşıqsayağı”, “Rapsodiya”, “Naxçıvan lövhələri”,  “Simfonietta”,  III-hissəli  “Gəmiqaya” – simfoniyası
  2. Xalq Çalğı Alətləri Orkestri üçün “Xalq mahnı işləmələri”, “Transskripsiyalar”, “Cəngi”, “Süita”, “Naxçıvan lövhələri”, qanun və orkestr üçün “Rapsodiya”, tar ilə orkestr üçün III-hissəli “Konsert”
  3. Simfonik orkestr üçün “Cəngi”, “Səyahət” – simfonik süita, tar ilə orkestr üçün III-hissəli “Konsert”, fortepiano ilə orkestr üçün III-hissəli “Konsert”, “Cavid” – simfoniya , “Xocalı” – simdoniya

 

Tamaşalara yazılmış musiqi:

 

  1. Məmmədquluzadə “Dəli yığıncağı”
  2. Paşayev “Dirilən adam”
  3. Vurğun “Fərhad və Şırin”