Keyfiyyətin təminatı bölməsi
Keyfiyyətin təminatı bölməsinin müdiri: Kərimova Sevinc Şahbaz qızı
Kərimova (Bağırova) Sevinc Şahbaz qızı 9 oktyabr 1982-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Çomaxtur kəndində anadan olmuşdur.
1988-ci ildə Şərur rayon Çomaxtur kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1999-cu ildə Şərur rayon Məhərrəm Seyidov adına 2 nömrəli tam orta məktəbi bitirmişdir.
1999-cu ildə Naxçıvan Dövlət Universitetinin kimya ixtisasına qəbul olmuş, 2003-cü ildə həmin ixtisası müvəffəqiyyətlə bitirmişdir.
Bir il orta məktəbdə (Şərur rayon Dərvişlər kənd tam orta məktəbi) pedoqoji fəaliyyətdən sonra S.Kərimova yenidən (2004-cü il) Naxçıvan Dövlət Universitetinin magistr pilləsində fiziki-kimya ixtisası üzrə təhsil almağa davam etmişdir. Təhsil aldığı müddətdə Çomaxtur kənd və Dərvişlər kənd tam orta məktəblərində pedoqoji fəaliyyətini davam etdirmişdir.
2006-cı ildə Naxçıvan Dövlət Universitetinin fiziki-kimya ixtisası üzrə magistr pilləsini müvəffəqiyyətlə bitirmişdir.
2006-2008-ci illərdə orta məktəbdə kimya müəllimi olaraq pedoqoji fəaliyyətdə olmuşdur.
2008-ci il Naxçıvan Dövlət Universitetinin Kimya kafedrasında laborant olaraq çalışmağa başlamışdır. 2011-ci ildə baş laborant vəzifəsinə təyin edilmişdir.
2012-ci ildə Kimya kafedrasının tam ştat müəllimi vəzifəsinə təyin edilmişdir. 2022-ci ildə isə kimya kafedrasının baş müəllimi olaraq təyin olunmuşdur.
07.04.2023 cü ildə isə Naxçıvan Dövlət Universitetinin Keyfiyyətin Təminatı Bölməsinə müdir vəzifəsinə təyin edilmişdir.
Naxçıvan Dövlət Universitetinin dissertantıdır. 15 elmi məqalənin, 1 ədəd publisistik məqalənin müəllifidir.
“Əlavə funksional qrupları olan fenol törəmələrinin ikifazalı elektrolit-karbohidrogen sistemlərində poladın korroziyasına qarşı inhibitor təsirinin tədqiqi” adlı dissertasiya mövzusu üzərində çalışır.
2018-ci ildən YAP-ın üzvüdür
Ailəlidir. İki qız övladı var.
Keyfiyyətin təminatı bölməsinin baş inspektoru: Hüseynzadə Əkrəm Rüfət oğlu