Konservatoriya 28 May Respublika Gününə onlayn konsert təşkil edib

Konservatoriya 28 May Respublika Gününə onlayn konsert təşkil edib

Naxçıvan Dövlət Universiteti Konservatoriyasında 28 May Respublika Gününə həsr edilmiş onlayn konsert təşkil edilib. Xalq çalğı alətləri kafedrasının müəllimi Polad Vəlinin ifasında solo konsert universitetin facebook sosial şəbəkəsi üzərindən canlı yayımlanıb. Çoxsaylı izləyici marağına səbəb olan konserti tarda Prezident mükafatçısı Sərxan Abdullayev, sintezatorda Zaur Əhmədov nağarada Munis Əlisoy, qoşa nağarada Camal Məmmədov müşayiət edib. Konsertdə Azərbaycan xalq mahnıları, milli musiqilərdən kompozisiyalar səsləndirilib. Sonda sözləri Zivər Ağayeva, musiqisi Rauf Məmmədova məxsus “Yaşa mənim xalqım” mahnısı ifa edilib.