
Konservatoriyanın tələbələri “Qarabağ Azərbaycandır” şüarı ilə rəsm çəkiblər
Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsi “Rəngkarlıq” və “Təsviri incəsənət” ixtisası üzrə tələbələrinin açıq havada rəsm müsabiqəsi təşkil edilib. Bayraq meydanında təşkil edilən müsabiqənin əsas məqsədi çəkilən rəsmlərdə qələbəyə inam, şəhidlərin əziz xatirəsinə ehtiram hisslərinin ifadəsi olub. Fakültə müəllimlərinin rəhbərlik etdiyi müsabiqədə 26 rəssam tələbə öz qabiliyyətini sınayıb. Tələbələrin əksəriyyəti sərgiyə hərbi formada qatılıblar. Sonda tələbələr “Qarabağ Azərbaycandır” şüarı səsləndiriblər.
Qeyd edək ki, əsərlər sərgilənəcək və universitet rəhbərliyi tərəfindən mükafatlandırılacaq.