Lamiyə İnsallah qızı Əliyeva

müəllim

1986-cı il Almaniya Federasiyasının Potsdam şəhərində doğulub. 1993-2004-cü illərdə 705 saylı hərbi hissənin orta məktəbində təhsil alıb. 2004-2009-cu illərdə Naxçıvan Dövlət Universitetinin Tarix və filologiya fakultəsinin alman dili müəllimliyi ixtisasinda təhsil alıb. 2011-2013-cü illərdə Naxçıvan Dövlət Universitetinin Magistr pilləsi üzrə təhsil alıb. 2020-ci ildə Doktorantura üzrə təhsil almağa başlayıb. 2009-cu ildə  Naxçıvan Dövlət Tarix Muzeyində elmi işçi olaraq işləməyə başlayıb. 2012-2015-ci illərdə Naxçıvan Universitetində İctimiyyətlə Əlaqələr şöbəsində Koordinator vəzifəsində çalışıb. Daha sonra orda kitabxanaçı kimi fəaliyyətini davam etdirib. Bu illər ərzində tələbələr üçün bir neçə dəfə psixoloji diskusiyalar təşkil etmişdir. 2015 ci ildən Naxçıvan Dövlət Universitetində alman dili müəllimi olaraq işləməyə başlayıb. Bu illər ərzində alman səfirliyi və Höte İnstitutunun birgə təşkil etdiyi Bakida və vətənimizin müxtəlif bölgələrindəki təkmilləşmə kuslarında olub və sertifikatlar almışdır. Alman dili müəllimləri qurultayında yaxından iştirak etmişdir. Hazırda alman dili müəllimləri birliyinin ( DLV) üzvüdür və fəaliyyətini alman dili müəllimi olaraq Naxçıvan Dövlət Universitetində davam etdirir. 6 elmi məqalənin müəllifidir.

 

Dərc olunmuş elmi məqalələr:

  1. Sinifdənxaric işlərin kiçik yaşda məktəblilərin estetik tərbiyəsinə təsiri. NDU. Magistrantların Regional elmi konfransının materialları. NDU- Qeyrət, 2013, №4, s.185-186
  2. Gənclərin vətənpərvər yetişməsində kitabxanaların rolu. NMİ-nin “Xəbərlər”i. 2015, №3, s…
  3. Alman dili və azərbaycan dili arasında fonetik fərqlər. NMİ-nin “Xəbərlər”i. 2016, №3, s…
  4. Almaniyada romantizm cərəyanının yaranması və inkişafında dünya şöhrətli alman yazıçılarının rolu. Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər”i, Humanitar elmlər seriyası, 2017, №5 (86), I cild, s. 55-57
  5. Müasir dilçilikdə fonem nəzəriyyəsi, Naxçıvan Dövlət Universiteti. “Elmi əsərlər”i, humanitar elmlər seriyası, № 5, “Qeyrət” – 2018 səh. 158
  6. Humboltun dilçilik görüşləri, European Scientific Conference İnternational Scientific Conference, Penza 2021
  7. Dünyanın müasir dil mənzərəsi: sosial və linqvistik məsələlər, Beynəlxalq Konfrans, Mingəçevir- 2021