“Let’s read together” layihəsinə başlanılıb

“Let’s read together” layihəsinə başlanılıb

NDU Elmi Kitabxanasında “Let’s read together” layihəsinə başlanılıb. Layihənin məqsədi iştirakçıların ingilis dili biliklərinin artırılması, onların bu dildə danışıq və diskussiya bacarıqlarının  formalaşdırılmasıdır. Universitetin müxtəlif ixtisaslarında təhsil alan tələbələrin iştirak etdiyi layihədə ingilis dilli ədəbiyyatların müzakirəsi nəzərdə tutulub. Ayda iki dəfə təşkil olunacaq layihədə ilk dəfə olaraq amerikalı yazıçı Divi Qramın “Qladiator” əsəri müzakirə olunub. İngilis dili müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Axundova Ülviyyənin moderatorluğu ilə keçən diskussiya əsərin ingiliscə təhlili baxımından yüksək qiymətləndirilib.

Leave a Reply

Your email address will not be published.