Məmmədova Elnarə Nəriman qızı, Müəllim
Məmmədova Elnarə Nəriman qızı 1967-ci ildə Naxçıvan şəhərində anadan olub. 1974-cü ildə Naxçıvan şəhər H.Cavid adına 5 N-li məktəbə daxil olub. 1982-ci ildən Ü.Hacıbəyov adına orta ixtisas musiqi texnikomuna daxil olub. Adı çəkilən məktəbi 1986-cı ildə bitirib və həmin il Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. 1991-ci ildə ADK-nı bitirib. 1984-cü ildə Naxçıvan incəsənət musiqi məktəbində musiqi müəlliməsi işləyib. 1995-ci ildən Naxçıvan orta ixtisas musiqi məktəbində müəllim və konsertmeyster işləyib. 1997-ci ildə Naxçıvan Dövlət Universitetində İncəsənət fakultəsinin əsas musiqi alətləri kafedrasında, sonra həmin fakultənin Fortepiano kafedrasında baş müəllim fəaliyyətinə başlayıb.