Məmmədova Xatirə Məhəmməd qızı

Məmmədova Xatirə Məhəmməd qızı 18.05.1988-ci ildə Ordubad rayon Nüsnüs kəndində anadan olub. Ailə vəz iyyətiylə əlaqədar olaraq 1994-cü ildə Bakı şəhərinə köçüb.1994-cü ildə Bakı şəhərində 214 saylı orta məktəbin 1-ci sinfinə gedib. 2005-ci ildə həmin məktəbi bitirib. Həmin ildə Azərbaycan Dillər Universitetinin filologiya (ingilis dili müəllimliyi) ixtisasına qəbul olub və   2009-cu ildə  bitirib.

2010-2011-ci illərdə Bakı Avrasiya Universitetində baş laborant vəzifəsində çalışıb.

2011-ci ildə ailə vəziyyətiylə əlaqədar Ordubad rayonunun Nüsnüs kəndinə köçmüşdür. 2011-2015-ci illərdə Nüs nüs kənd orta məktəbində ingilis dili müəlliməsi işləyib.

2015-ci ildə ailə vəziyyətiylə əlaqədar Naxçıvan şəhərinə köçüb. Həmin il Estetik Tərbiyə Mərkəzində rəsm dərnəyinin rəhbəri vəzifəsində çalışmışdır. 2016-cı ildən Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində “Dilçilik” (ingilis dili) dərnəyinin rəhbəri işləyir.

2021-ci ildə Naxçıvan Dövlət Universitenin Xarici dilin tədrisi metodikası və metodologiyası (ingilis dili) ixtisasının magistr pilləsinə qəbul olunub və 2023-cü ildə oranı bitirib. Ailəlidir, 2 övladı var. 

Dərc olunmuş elmi əsərlər:

  1. Characteristic features of the content-language integrated learning methodology (CLL). Xaricdə konfrans məqaləsi. Proceedings of the 2nd International Scientific Conference, “Interdisciplinary Science Studies” Dublin, Ireland, 4-5 May, 2023, №2, səhifə 137-140
  2. Basics of content and language integrated teaching. Respublikada konfrans məqaləsi. Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Dil bacarıqlarının inkişafında yeni texnika və metodların tətbiqi” mövzusunda elmi-praktiki respublika konfransı, Naxçıvan, Qeyrət nəşriyyatı, 2023, s.100-101
  3. The role of collocations in language learning. Xaricdə məqalə. Danish Scientific Journal, Copenhagen, Denmark, №78, cild 1, 2023, səhifə 73-75
  4. Callan method and its advantages. Xaricdə məqalə. The Norwegian Journal of the International Science Oslo, Norway, №121, 2023, səhifə 69-72
  5. Slenqlərin dilin digər layları ilə qarışdırılması. Respublikada konfrans məqaləsi. Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Tərcüməşünaslığın müasir problemləri” Respublika elmi konfransı, ADU/NDU, 2023.