[ultimate_heading main_heading=”ATATÜRK MƏRKƏZİ” heading_tag=”h1″][/ultimate_heading]

Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 24 oktyabr 1995-ci il tarixli qərarı ilə universitetin nəzdində Naxçıvan Atatürk Araşdırma Mərkəzi yaradılmışdır. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün həyatı və fəaliyyətini dərindən araşdırıb öyrənməkdən, türk dünyasının böyük öndərinin keçdiyi şərəfli yolun timsalında Azərbaycanın yeni nəslində müstəqillik, dövlətçilik, dünyəvilik, vətənpərvərlik kimi yüksək mənəvi dəyərləri tərbiyə etməkdən ibarətdir.

NDU Atatürk Mərkəzi Türkiyə Cümhuriyyətindəki Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu ilə, bu quruma daxil olan elmi-tədqiqat mərkəzləri ilə, həmçinin Azərbaycandakı Atatürk Mərkəzi ilə əlaqələrin yaradılması və inkişaf etdirilməsi vəzifələrini də yerinə yetirir. Naxçıvan Atatürk Araşdırma Mərkəzi 3 iyun 2004-cü il tarixdən etibarən Naxçıvan Dövlət Universiteti Atatürk Mərkəzi adlandırılmışdır.

Naxçıvan Dövlət Universiteti Atatürk Mərkəzi aşağıdakı istiqamətlər üzrə elmi-mədəni tədbirlər həyata keçirir:

  1. Mustafa Kamal Atatürkün həyatı və fəaliyyəti, xidmətləri ilə əlaqədar ən önəmli tarixi günlərin qeyd olunması.
  2. Mustafa Kamal Atatürkə həsr olunmuş teatr tamaşalarının hazırlanması və nümayiş etdirilməsi.
  3. Türkiyədə keçirilən Atatürk simpoziumlarında iştirak.
  4. Mustafa Kamal Atatürkün ömür və mübarizə yoluna, məsləkdaşlarına həsr olunmuş ədəbi-mədəni tədbirlərin keçirilməsi.
  5. Türkiyə Cümhuriyyətinə aid əlamətdar tarixi günlərin qeyd edilməsi.

Mərkəzin nəzdində Mustafa Kamal Atatürkün irsinin, onun türkdilli xalqların tarixində tutduğu yerin, ümumiyyətlə, türk tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsi və elmi araşdırmaların aparılması üçün kitabxana və internet mərkəzi də fəaliyyət göstərir.

Kitabxananın kitab fondunda Mustafa Kamal Atatürkün həyatı və fəaliyyətinə Milli mücadilə dövrü və Cümhuriyyət tarixinə, Osmanlı tarixi, Türk ədəbiyyatına dair Azərbaycan – Türkiyə əlaqələrinə həsr olunmuş ensiklopedik nəşrlər, türk şair və yazıçılarının əsərləri, Atatürk  mərkəzinin bülletenləri, Türkiyənin mədəniyyəti və turizimindən bəhs edən 1000-ə yaxın ədəbiyyat, həmçinin Mustafa Kamal Atatürkə həsr olunmuş sənədli və bədii filimlər, eləcədə  Türkiyənin turizm yerlərinin tanıdılması ilə bağlı video görüntülərdən ibarət compact disklər vardır.