“BİLİK” TƏDRİS-İNTERNET MƏRKƏZİ

Tədris – internet mərkəzi 29 aprel 2011-ci ildə universitetin müəllim və tələbə heyətinin istifadəsinə verilmişdir.

Mərkəzin fəaliyyət planının əsas istiqaməti ali məktəb daxilində müəllim və tələbə heyətinə keyfiyyətli, yüksək sürətli internet xidməti göstərməkdən ibarətdir.

Ən müasir informasiya – kommunikasiya texnologiyaları avadanlıqları ilə təchiz olunmuş mərkəzdə asudə vaxtın səmərəli təşkili və İKT sahəsindəki biliklərin artırılması məqsədilə ofis proqramlarının tədrisi kursları da təşkil olunur.

Mərkəz 12 ədəd stolüstü kompüterlə və elektron lövhə ilə təchiz olunmuşdur. Mərkəzdə bütün kompüterlər vahid idarəolunma sisteminə qoşulmuşdur.