Koreya Mərkəzi

Naxçıvan Dövlət Universitetinin Cənubi Koreya Mərkəzi 11 noyabr 2011-ci il tarix­də istifadəyə verilmişdir. Açılış mərasimində akademik İsa Həbibbəyli Cənubi Koreya Respublika­sı­nın Azər­bay­candakı fövqəladə və səlahiyyətli səfiri Li Ji Han, Cənubi Kore­ya­nın Kim­çonq Universitetinin rektoru, xanım Sunq Aj Kanq, Beynəlxalq əla­qələr şöbə­si­nin müdiri Hee Cun Lee və köməkçisi David K.H.Leenin iştirak etmişdir.

Cənubi Koreya Mərkəzində Koreyanın dövlət atributları, milli musi­qi alətləri, eyni zamanda, ölkənin tarixini, milli mədəniyyətini, ədəbiyyatını, ali təhsil strukturunu əks etdirən elmi-siyasi ədəbiyyatlar, elektron məlumat vasi­tə­­ləri toplanmışdır. Mərkəzin müasir informasiya texnologiyaları, Koreya di­lin­də ensiklopediya, lüğət və digər məlumat nəşrləri ilə təmin olunması diqqət mərkəzində saxlanılır.

Cənubi Koreyanın Rim Çenq Universiteti Koreya Mərkəzinə tədris ləvazimatları, milli geyimlər və musiqi alətləri bağışlamışdır.

 

Koreya Mərkəzində Cənubi Koreyanın əlamətdar tarixi günlərinə həsr olunmuş mərasimlər keçirilir.

2012-2013-cü tədris ilindən etibarən Naxçıvan Dövlət Universitetində Koreya dili tədris mərkəzi mövcuddur. Yalnız Naxçıvan Dövlət Universitetinin tələləbələri deyil, Naxçıvanın istənilən bölgələrindən olan şəxslər də koreya dilini öyrənmək üçün bu mərkəzə müraciət edə bilərlər. Kursun sonunda tələbələrə Naxçıvan Dövlət Universiteti adından sertifikat təqdim edilir. Koreya dili asan və orta səviyyə olmaqla keçirilir.

Mərkəzdə eyni zamanda TOPİK imtahan hazırlıq kursu da mövcuddur.

Mərkəzdə 1 il – 2 semestr olmaqla Koreya dili dərsləri və Koreya mədəniyyəti dersləri keçirilir. Koreya mədəniyyət derslərində tələbələr Koreya filmləri izləmə, yemək hazırlama, milli oyunlar, milli rəqslər və milli musiqi alətlərində çalmaq kimi bir sıra tərcübələrə yiyələnə bilərlər.