
Magistrantımız qardaş ölkədə Beynəlxalq Simpoziumda
Naxçıvan Dövlət Universitetinin magistrantı Türkiyədə Beynəlxalq Simpoziumda iştirak edib.
NDU-nun “Botanika” ixtisası üzrə II kurs magistrantı Məsumə İbrahimova Türkiyənin Malatya şəhərinin Arabgir bölgəsində keçirilən “III Beynəlxalq Oğuz Boyları Simpozium”unda “Qədim Türk-Oğuz yurdu Naxçıvan coğrafiyasında fauna və flora növlərindən olan lərgə (vicia) haqqında” məruzəsi ilə çıxış edib.
