MAHMUDOV CEYHUN İLHAM OĞLU, iqtisad üzrə fəlsəfə doktoru, dosent
Mahmudov Ceyhun İlham oğlu 1975-ci il avqust ayının 11-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi qızıl medalla bitirən Ceyhun İlham oğlu Mahmudov 1991-1996-cı illərdə Naxçıvan Dövlət Universitetinin “İstehsalın iqtisadiyyatı və idarə edilməsi” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.
Ceyhun İlham oğlu Mahmudov 1996-2000-ci illərdə Naxçvan Politexnik Texnikumunda müəllim işləmiş, daha sonra pedaqoji fəaliyyətini Naxçıvan Dövlət Universitetində və haliyədəki “Naxçıvan” Universitetində davam etdirərək hər iki universitetdə çalışmaqdadır.
Ceyhun İlham oğlu Mahmudov 2001-ci il yanvar ayının 5-də NDU-nun “İqtisadiyyat və tənzimləmə” kafedrasının dissertantı olmuş, 2004-cü il yanvar ayının 30-da Azərbaycan Dövlət İqtisad Universitetində 08.00.05.-“Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə “Regional bazarın formalaşması və inkişafında sahibkarlığın rolu (Naxçıvan Muxtar Respublikası timsalında)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır
Ceyhun İlham oğlu Mahmudov 2001-2004-cü illərdə NDU-nun “İqtisad-hüquq” fakultəsində Həmkarlar İttifaqı Komitəsinin sədri, 2004-2005-ci illərdə “İqtisad” fakultəsində tərbiyə işləri üzrə dekan müavini, 2005-2016-cı illərdə haliyədəki “Naxçıvan” Universitetinin “İqtisadiyyat” fakultəsinin dekanı, 2016-2021-ci illərdə Naxçıvan Dövlət Universitetinin “Dünya iqtisadiyyatı və menecment” kafedrasının müdiri vəzifəsində çalışmışdır. Ceyhun İlham oğlu Mahmudov NDU-nun “İqtisadiyyat ” kafedrasının və NU-nun “İqtisadiyyat” kafedrasının dosentidir.
Ceyhun İlham oğlu Mahmudov 15 oktyabr 2021-ci il tarixdən Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” kafedrasının müdiri vəzivəsində çalışır.
Ceyhun İlham oğlu Mahmudov 6 dərs vəsaitinin, 1 metodik vəsaitin, 21 fənn proqramı və 80 elmi məqalənin müəllifidir.