SULTANOVA MEHRİBAN PAŞA QIZI

“Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasında dosent, filologiya üzrə fəlsəfə doktoru

 QISA BİOQRAFİK MƏLUMAT

Sultanova Mehriban Paşa qızı 27 yanvar 1972-ci ildə Naxçıvan şəhərində anadan olub. 1989-1994-cü illərdə Bakı Dövlət Universitetində ali təhsil alıb. Əmək fəaliyyətinə 1994-cü ildən Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında başlayıb. 2001-ci ildən jurnalistlik fəaliyyəti ilə məşğuldur. 2001-2006-cı illərdə paralel olaraq Naxçıvan Şəhər İcra Hakimiyyətinin orqanı olan “Nuh yurdu” qəzetində də çalışıb. 2005-ci ildən Naxçıvan Dövlət Universitetinin Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasında müəllimdir. 2006-cı ildən universitetin mətbuat xidmətində ictimai əsaslarla fəaliyyət göstərməyə başlayıb. 2008-2017-ci illərdə Naxçıvan Dövlət Universitetinin Mətbuat şöbəsinin müdiri işləyib.

2017-ci il 15 aprel tarixdə “Şərq qapısı” qəzetinin baş redaktoru vəzifəsinə təyin olunub. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Jurnalistlər Birliyinin (2002), Naxçıvan Mətbuat Şurası İdarə Heyətinin (2004) üzvüdür.

2008-ci ildə “Yeni yol” qəzetində ədəbiyyat məsələləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Mehriban Sultanova Azərbaycan Respublikası Təhsil Nazirliyinin (2007) və Naxçıvan Dövlət Universitetinin (2007; 2010) fəxri fərmanları ilə təltif olunub. 2014-cü ildə təhsil sahəsində həyata keçirilən islahatların ictimaiyyətə daha dolğun çatdırılmasına və media ilə fəal əməkdaşlığına görə Azərbaycan Respublikası TəhsilNazirliyinin diplomuna layiq görülüb. Bir sıra respublika və beynəlxalq əhəmiyyətli konfranslarda, seminar və treninqlərdə iştirak edərək sertifikatlarla təltif olunub. Yaradıcılıq müsabiqələrində müvəffəqiyyət qazanıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun2015-ci il 6 mart tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı, 2015-ci il 21 iyul tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti” fəxri adı ilə, Azərbaycan Respublikasınıın Prezidenti cənab İlham Əliyevin 2019-cu il 27 may tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalının təltif olunub. 20 elmi və 70-ə yaxın publisistik məqaləsi respublikanın jurnal və qəzetlərində,Türkiyə mətbuatında dərc olunub.

Dərc olunmuş elmi əsərləri:

  1. Mollanəsrəddinçilər “Yeni yol”da Naxçıvan: Qeyrət, 2006, 221 с.
  2. “Milli mətbuat tarixində “Yeni yolqəzeti” 2015. 100 səh.
  3. Mənim universitet dünyam” Naxçıvan, “Əcəmi”, 2017. 320 səh.
  4. Mənim universitet dünyam. Naxçıvan, “Əcəmi”, 2017. 320 səh.
  5. “Yeni yol” qəzetinin məramı, Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri, Naxçıvan: 2004, № 13 səh. 58-63
  6. Cəlil Məmmədquluzadənin “Yeni yol” qəzetindəki naşirlik fəaliyyəti, Bakı Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası. 2004, № 3 səh. 129-134
  7. “Yeni yol” qəzeti və Azərbaycan teatrı, “Qobustan” sənət toplusu, 2005, № 1/29 səh.67-69
  8. “Yeni yol”qəzetində teatrşünaslıq məsələləri, Azərbaycanda elmin inkişafı və regional problemlər (28 fevral-1 mart 2005-ci il tarixdə keçirilmiş elmi konfransın materialları). Bakı: “Nurlan”, 2005. səh. 322-327
  9. İslam Səfərli dramaturgiyasının ideya-bədii xüsusiyyətləri “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnal, N 26, 2013-cü il. s. 185-196
  10. Ümmummilli lider Heydər Əliyev və Azərbanda mətbuatın inkişafı. “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnal, N 32, 2015-ci il səh. 33-39