Memarlıq ixtisası tələbələrinin onlayn sərgisi təşkil edilib

Memarlıq ixtisası tələbələrinin onlayn sərgisi təşkil edilib

Naxçıvan Dövlət Universiteti Memarlıq və Mühəndislik fakültəsində onlayn sərgi keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin Tədris şöbəsinin müdiri Şahin Əliyev belə sərgilərin keçirilməsinin tələbələrin gələcək perspektivlərinin dəyərləndirilməsində artan rolundan danışıb, sərgi iştirakçılarına uğurlar arzulayıb.

Sonra kafedra müəllimlərinin rəhbərliyi ilə tələbələrin layihələrinin təqdimatı olub. Onlayn sərgidə tələbələr keçdikləri “Memarlıq layihələndirmə”, “Memarlıqda həcm və fəza kompozisiyası”, “Rekonstruksiya” fənlərinə uyğun təqdimatlar ediblər. Sərgidə yerli tələbələrlə birgə fakültənin əcnəbi tələbələri də iştirak edib. Təqdimatda 13 tələbə 15 layihə ilə çıxış edib. Tələbələr ənənəvi qrafika ilə çəkdikləri qədim və müasir memarlığa aid eskizlər, müasir kompyuter qrafikası ilə hazırlanmış  çoxmərtəbəli yaşayış binaları və ictimai binaların eskiz layihələri,  o cümlədən kompozisiya və maket nümunələri təqdim ediblər.

Sonda sərgi ilə əlaqədar müəllim və tələbələrin sualları cavablandırılıb.