Məmmədov Şamxal Şükür oğlu

Məmmədov Şamxal Şükür oğlu 1984-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. Məmmədov Şamxal Şükür oğlu 2000-ci ildə Bakı Dövlət Universitetininin Beynəlxalq münasibətlər ixtisasına qəbul olmuş, 2004-cü ildə həmin ixtisasın bakalavr pilləsini, 2006-ci ildə isə magistratura pilləsini fərqlənmə diplomları ilə bitirmiş, 2006-2007- ci illərdə hərbi xidmətdə olmuşdu. 2006-2010-cu illərdə AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Arxeologiya, Etnoqrafiya İnsititutunda dissertant olmuşdur. 2009-2010-cu illərdə Yunanıstanın Saloniki şəhərində Beynəlxalq münasibətlər ixtisası üzrə əyani doktorantura təhsili (PhD) alıb. 2010-cu il sentaybrın 25-də Şamxal Məmmədov tarix üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası 3 yanvar 2011-ci il tarixdə ona tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi vermişdir. 2010-cu ilin sentyabr ayından Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasında əvvəlcə müəllim, 2012-ci ildən baş müəllim, 2014-cü ildən dosent vəzifəsində işləyir. 2011-ci ilin yanvar ayından-2016-cı ilin yanvar ayına qədər YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının sədr müavini vəzifəsində çalışıb. 2016-cı ilin yanvarından 2018-ci ilin may ayınadək Naxçıvan Dövlət Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində işləyib. 2018-ci ilin iyun ayından Beynəlxalq münasibətlər kafedrasının müdiri vəzifəsində işləyir.

 

 

Dərc olunmuş elmi əsərləri

 

Terrorizm tarixdə və günümüzdə/Tarix və onun problemləri. BDU, Bakı, 2006,  №1

Erməni terrorizminin başlıca spesifik məqamları/Tarix və onun problemləri. BDU, Bakı, 2006,  №1

Erməni terror təşkilatlarının digər terrorçu təşkilatlarla əlaqələri/Qanun jurnalı. Bakı,  2006, №4

Erməni terrorunun siyasi havadarları və maliyyə qaynaqları/Naxçıvan Müəllimlər İnstitutunun xəbərləri. Naxçıvan,  2006,  №5

Türk siyasi xadimləri və erməni terroru/Naxçıvan Müəllimlər İnstitutunun xəbərləri. Naxçıvan, 2006,  №7

Erməni terroru və Rusiya bolşevikləri/Naxçıvan Müəllimlər İnstitutunun xəbərləri. Naxçıvan,  2006,  №8

Erməni ruhaniləri və erməni terroru/Naxçıvan Dövlət Universitetinin  elmi əsərləri. Naxçıvan, 2007,  №2

Erməni siyasi elitası və terror/AMEA Naxçıvan bölməsinin xəbərləri.  Naxçıvan,  “Tusi”, 2008,  № 3

Erməni diasporası və terror/Tarix və onun problemləri. BDU, Bakı, 2008, № 3

Erməni terroruna münasibətdə böyük dövlətlərin ikili standartlar siyasəti/Naxçıvan  Dövlət Universitetinin elmi əsərləri. Naxçıvan,  2008,  № 5

Erməni terroru və rus hərbçiləri /AMEA Naxçıvan bölməsinin xəbərləri. Naxçıvan,  “Tusi”, 2009, № 3

Ermeni terörünün ve ikili standart politikasının Azerbaycan için sonucları/Kıbrıs mektubu. Ankara, temmuz-aqustos, 2009, cilt 22, № 4

Erməni terrorunun qisasçılıq fəlsəfəsi/Kültür Evreni. Ankara, nisan, 2010, № 5

Beynəlxalq təşkilatlar və ikili standartlar siyasəti/Naxçıvan Dövlət Universitetinin elmi əsərləri. Naxçıvan,  2011,  №1

Erməni terrorçularının əməlləri beynəlxalq hüquq müstəvisində /AMEA Naxçıvan bölməsinin xəbərləri. Naxçıvan, “Tusi”, 2012, cild 8,  №3

Qondarma  “erməni soyqırımı”nın siyasi-hüquqi mahiyyəti/Naxçıvan Dövlət Universitetinin elmi əsərləri. Naxçıvan, NDU-“Qeyrət”,  2012,  № 1 (45)

Heydər  Əliyev Yeni Azərbaycan Partiyasının Qurucusudur/Naxçıvan Dövlət Universitetinin elmi əsərləri (ictimai elmlər seriyasının xüsusi buraxılışı). Naxçıvan, NDU-“Qeyrət”,  2013,  № 1(50)

Erməni terrorizmi və ikili standartlar siyasəti/Bakı:  Elm və təhsil,  2013

Erməni iddialarında yeni məqamlar/Naxçıvan Dövlət Universitetinin elmi əsərləri.  Naxçıvan,  NDU-“Qeyrət”,  2014,  № 9 (65)

Nəsirəddin Tusinin dövlətin xarici siyasəti, müharibə və sülh məsələləri barədə düşüncələri/Naxçıvan Dövlət Universitetinin elmi əsərləri. Naxçıvan, NDU-“Qeyrət”,  2015,  № 6 (71)

XVIII  əsrə qədərki dövrdə  rusiya-erməni əlaqələri/Naxçıvan Dövlət Universitetinin elmi əsərləri. Naxçıvan,  NDU-“Qeyrət”,  2016,  № 5  (79)

Erməni  hərbçiləri və türk xalqlarının deportasiyası /Turizm və qonaqpərvərlik tədqiqatları. Bakı, “Mekan Serves NN” MMC, 2016, il 5, say 4

Erməni mentaliteti/Tarix və onun problemləri. BDU, Bakı, 2016,  № 4

Qafqazda azərbaycanlılara qarşı deportasiyalara siyasi-hüquqi qiymətin verilməsi/AMEA Qafqazşünaslıq İnstitutu. Qafqazşünasların  I Beynəlxalq Forumu, Bakı,  2017

Böyük Pyotrun “Xəzər” yürüşündən Qraf  Paskeviçin  İrəvan səfərinə qədər erməni xəyanətləri/Naxçıvan Dövlət Universitetinin elmi əsərləri. Naxçıvan,  NDU-“Qeyrət”,  2017, № 2 (83)

Erməni kilsəsinin Naxçıvan torpaqlarına qarşı işğalçılıq siyasəti/AMEA Naxçıvan bölməsinin xəbərləri. Naxçıvan, “Tusi”, 2017, cild 13 №3

Diplomatik protocol/Naxçıvan:  NDU-“Qeyrət”, 2017

Erməni kilsə xadimləri və onların özgə xalqların hökmdarları  ilə münasibətləri/Universitet xəbərləri. Humanitar elmlər seriyası, BDU,  2017,  № 2

Сталинский режим и депортация азербайджанцев из исконно-исторических земель/Актуальные научные исследования в Современном мире. Выпуск 11(31) часть 7, ноябрь 2017 г,  сборник научных трудов, Украина, Киев

XX əsrin ortalarında Sovetlər Birliyinin  Cənubi  Qafqaz siyasətində erməni amili/Naxçıvan Dövlət Universitetinin elmi əsərləri. Naxçıvan,  NDU-“Qeyrət”,  2017,  ictimai elmlər, № 6 (87)

Erməni kilsəsi və onun Rusiyanin Cənubi Qafqaz  siyasətindəki  yeri. Bakı: Elm və təhsil,  2017

“Qafqaz  evi” ideyası: ümidlər və illüziyalar /Naxçıvan Dövlət Universitetinin elmi əsərləri. Naxçıvan,  NDU-“Qeyrət”,  2018,  ictimai elmlər № 2 (91)

Müasir dövrdə Rusiyanın Cənubi Qafqaz  siyasəti və ona müxtəlif baxışlar/ Geostrategiya jurnalı. Bakı , 2018

Relationships between the Tsar government and the Armenian church in the late 19th and early 20th centuries/Sylwan journal. (Thomson Reuters) , Poland,  2018

Cənubi  Qafqaza  erməni  ekspansiyası: 100 il əvvəl və müasir dövr/Tarix, insan və cəmiyyət jurnalı. ADPU, 2018

Azərbaycan  Xalq  Cümhuriyyətinin  süqutunda daşnak-bolşevik  əməkdaşlığının  rolu/AMEA Qafqazşünaslıq İnstitutu.  Bakı,  2018

Cənubi Qafqazdakı miqrasiya proseslərində erməni amili: tarix və müasirlik/Tarix və onun problemləri.  BDU, Bakı,  2018

Erməni əsilli məmurlar və XX əsrin I yarısında Cənubi  Qafqazdan deportasiyalar/AMEA Qafqazşünasliq İnstitutu.  Bakı, 2018

XX əsrin II yarısında erməni kommunistləri və Cənubi Qafqazda deportasiyalar / Naxçıvan Dövlət Universitetinin elmi əsərləri, Naxçıvan, NDU-“Qeyrət”,  2018

Russian-armenian relationships  in South  Caucasus in early XX century/Romania,  2018

XX əsrin II yarısında Cənubi Qafqaza erməni köçləri/Gəncə Dövlət Universiteti. Elmi xəbərlər  (Tarix elmi üzrə) 2019

XIX-XX yüzillikdə Rusiyanın Cənubi Qafqaz siyasətində erməni amili və Naxçıvanda miqrasiya prosesləri/NDU. Naxçıvan Muxtar Respublikasinin 95 illiyinə həsr olunmuş respublika elmi konfranslarının materialları. Qeyrət nəşriyyatı. 2019.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Cənubi Qafqazda  köçlər və qaçqınlıq problem/Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. Naxçıvan NDU-“Qeyrət”,  2019,  № 2 (99)

Azərbaycan-Türkiyə sarsılmaz birliyi.  NDU. 2019

Российский фактор в геополитической плоскости южного кавказа/ Актуальные  научные исследования в современном мире. Международная научная конференция. Украина. 2019. 26-27 февраля.

Sürünən  erməni ekspansiyası,  Rusiyanın Cənubi Qafqaz siyasəti və köçlər.Bakı:  “Elm və təhsil”, 2019