Məmmədova Rübabə İbrahim qızı
İngilis dili və metodika kafedrasının baş müəllimi
1968-cı il aprelin 3-də Culfa rayon Xanağa kəndində anadan olub. 1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin hazırlıq şöbəsinə dinləyici kimi qəbul olub, 1988-ci ildən 1993-cü ilədək həmin institutun ingilis dili fakültəsində təhsil alıb. 1993-cü ildən 2011-ci ilədək Naxçıvan MR-da müxtəlif orta məktəblərdə ingilis dili müəllimi kimi fəaliyyət göstərib. 2008-ci ildən Naxçıvan Dövlət Universiteti beynəlxalq münasibətlər və xarici dillər fakültəsi ingilis dili və metodika kafedrasında müəllim vəzifəsində çalışır. Naxçıvan Dövlət Universitetində və Bakı şəhərində keçirilən yerli və beynəlxalq ixtisasartırma kurslarında iştirak etmiş, Britaniya konsulluğunun “Gələcəyə aparan uğurlu yol” (Bridge to Future Success) adlı layihəsi xətti ilə Naxçıvan Dövlət Universitetində “İngilis dili” kafedrasının əməkdaşları ilə birlikdə 29-31 oktyabr 2010-cu il tarixində təlim keçmiş, həmçinin, 10.04-2011-01.07-2011-ci il tarixdə Britaniya Konsulluğunun təşkil etdiyi “TKT -online course”-da iştirak etmiş, kursu uğurla başa vurmuş və yüksək dərəcəli sertifikat almış, 2013-cü ildə TEMPUS layihəsi çərçivəsində Lənkəran Dövlət Universitetində dil və tərcümə üzrə keçirilən treininqlərdə iştirak etmiş və sertifikatlar almış, 2013-cü ildə tələbələrlə Azərbaycan Dillər Universiteti və Amerika Səfirliyinin birgə təşkil etdiyi Online kurslarında iştirak etmişdir, 2 proqram və 10 məqalənin müəllifidir. Ailəlidir. 2 övladı var.
Dərc olunmuş elmi əsərlər:
- “Kanada variantının formalaşmasının əsas yolları” Naxçıvan NDU “Qeyrət” Elmi əsərlər 2014 (5 səh)
- “Tərcümə prosesində Cerunddan isdifadə qaydaları” Naxçıvan Müəllimlər İnstitutu “Xəbərlər” Məktəb nəşriyyat 2009 (5 səh)
- Tələbələrin səhvlərinin düzəldilməsi yolları Azərbaycan Dillər Universiteti Məqalələr toplusu. Ali məktəbdə xarici dilin tədrisi: Reallıqlar və perspektivlər , 2013 (9 səh).
- “Kanada variantının formalaşmasının əsas yolları”. Məqalə. NDU “Qeyrət” nəşriyyatı, Elmi əsərlər, 2014.
- “İnformasiya texnologiyaları” ixtisası, ali təhsilin bakalavr pilləsi üçün “Praktik ingilis dili” fənni üzrə proqram” Naxçıvan, NDU “Qeyrət” nəşriyyatı, 2017-ci il.
- Xarici dilin tədrisində orijinal materiallardan istifadə. Məqalə. Naxçıvan Müəllimlər İnstitutu, Elmi əsərlər, 2019, №4(58), səhifə 63-67.
- “Xarici dilin tədrisində oyunlardan istifadə” NDU Elmi Əsərlər 2019
- “Xarici dilin tədrisində orijinal materiallardan istifadə”. NDU-nun “Elmi Əsərlər”, 2019-cu il, 5(102)
- İngilis dili qrammatikasının oyunlar vasitəsilə tədrisi. Məqalə. NDU, Elmi əsərlər, № 1(102), 2-ci cild, 2020, səhifə 52-55
- Muxtar Respublikanın xarici iqtisadi əlaqələrində turizm perspektivləri. Konfrans məqaləsi. Naxçıvan Universiteti redaksiya 2020
- “Xarici dilin tədrisində mahnılardan istifadənin əhəmiyyəti”. Məqalə. AMEA-nın “Axtarışlar” jurnalı, 2021
- Xarici dilin (ingilis dili) tədrisində orijinal materiallardan istifadə yolları fənnindən ali təhsilin magistr pilləsi üçün Xarici dilin (İngilis dili) tədrisi metodikası və metodologiyası ixstisası üzrə proqram, həmmüəllif Zeynalova Leyla Kazım qızı, Naxçıvan, “Əcəmi” 2021
- Məqalə. İngilis dilinin xüsusi məqsədlər üçün tədrisi. Naxçıvan Universiteti, “Elmi Əsərlər”, İSSN 2616-4248, №1(25), 2022, səhifə 169-175.